Aşıq Ədalətin səhhəti pisləşib: "Yemək yeyə bilmirəm"

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 13:44    |    Xəbər oxunub: 614 dəfə
Aşıq Ədalətin səhhəti pisləşib:


"Səhhətim yaxşı deyil, bir az problemim var”.

Bunu mətbuata səhhətinin pisləşməsi və təcili Türkiyəyə aparılması barədə xəbərlərə aydınlıq gətirərkən ustad aşıq Ədalət Nəsibov deyib.

O bildirib ki, həqiqətən də Türkiyəyə getməyə hazırlaşır: "Gedəcəyəm, görüm həkimlər nə deyir? Gedib qardaşlarımın yanına dəyib, gələcəm".

Maddi dəstək üçün dövlətə müraciət etmədiyini deyən ustad aşıq öz vəsaiti hesabına müalicə alacaq: "Naşükür deyiləm, beşdən-üçdən varımdı".

Narahatlığının boğazında olduğunu bildirən aşıq Ədalət heç nə yeyə bilmədiyini söyləyib: "Ağrım boğazımdadır. Udquna bilmirəm, nə çörək yeyə bilirəm, nə su içə bilirəm. Heç nə boğazımdan keçmir. Yediyim hər şey gedir elə bil boğazımda ilişib qalır”. /sherg.az/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur