Qəndab Quliyeva dünyasını dəyişib




Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib.

"Report"un məlumatına görə, xalq artisti iyunun 26-da 67 yaşında dünyasını dəyişib.

Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

Qeyd edək ki, Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu