“Muğam Dünyası ” sosial şəbəkələrdə





Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır.



Sosial şəbəkələrdə “Muğam Dünyası ” qrupu yaradılıb. Yeni layihə haqqında Nicat Müslümov AFN-ə məlumat verib. O, bildirib ki, nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxıb:

"YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".
Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam-ensiklopediyası…
Və nəhayət, Azərbaycanda qeyri-adi, gözəl, orijinal bina ucaldı - Muğam mərkəzi. Bu möhtəşəm binada muğama həsr olunmuş olduqca maraqlı konsertlər, festivallar, yüksək səviyyəli gecələr keçirilməyə başladı. Sosial şəbəkələrdə "Muğam Dünyası ” qrupu yaradılıb. könüllülər qrupu ictimai əsaslarından fəaliyyət göstərəcək. layihə rəhbəri Nicat Müslümov yeni layihə haqqında məlumat verdi. Məqsəd "Muğam Dünyası ” yeni layihəni tanınmasında gənclərin aktivliyinə nail olmaqdan ibarətdir. Qrupda təxminən 3.000-dən yuxarı üzvümüz var. İstər ölkəmizdə, bölgələrdən olan gənclər, istər Avropada təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər.
Hazırda 3 mindən artıq izləyicisi olan qrup üzvlərinin sayı gündən-günə artır. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar. Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, Milli Muğamı , Azərbaycanı təbliğ edirik".











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu