"Kaybolan yıllar" serialının aktyoru öldü





Türk kinosunun əfsanəvi aktyoru Fikrət Hakan vəfat edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsl adı Bumin Qaffar Çıtanak olan sənətçi ağciyər xərçəngindən dünyasını dəyişib. Müalicə aldığı xəstəxanada əməliyyat edilərkən 83 yaşlı Hakanın həyatını xilas etmək mümkün olmayıb.

Aktyorun ölüm xəbərini sosial şəbəkədə prodüser Süheyl Atay yayıb:

“Uşaqlarımın babası, kino aktyoru Fikrət Hakanı itirdik. Bütün dostlarına və sevənlərinə xəbər veririk”.

Qeyd edək ki, bir çox məşhur film və serialda rol alan F.Hakan "Kaybolan yıllar"da da əsas rollardan birini canlandırırdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu