Qənirə Paşayeva Səməd Vurğunun müdafiəsinə qalxdı

Xəbərin çap versiyası
Tarix: 5-08-2017, 12:12    |    Xəbər oxunub: 613 dəfə
Qənirə Paşayeva Səməd Vurğunun müdafiəsinə qalxdı



Yeni dəbdir. Gündəmə gəlmək üçün cəmiyyətdə tanınan və ya toplumun hörmət bəslədiyi biri haqqında ağzına gələni danışmaq. Sağlar cavab verə bilir deyə son dönəmlər dünyadan köçən böyük şəxsiyyətlərə qarşı bu daha da çoxalıb.



Bu barədə ötən il Milli Məclisdə də çıxış etmişdim və böyük tarixi,ədəbi şəxsiyyətlərimizə qarşı ciddi əsası olmayan, bu günün şərtlərindən baxaraq o günlərə və həmin dövrün dəyərli aydınlarına bir çox hallarda qərəzli yanaşmaların doğru olmadığını söyləmişdim. İndi də neçə gündür böyük Səməd Vurğun gündəmdədir. Əslində baş verənlər Səməd Vurğunun nə qədər böyük bir şair olduğunu bir daha bilməyənlərə göstərdi məncə. Çünki onunla bağlı iki-üç insanın ciddi əsası olmayan, tarixə bu günün şərtlərindən baxaraq ortaya qoyulmuş və bəzən tənqid dərəcəsini keçərək təhqirə çatan yanaşmaları günlərlədir toplumun müzakirəsindən düşmür. Və çox sayda insan Səməd Vurğuna, onun yaradıcılığına, şəxsiyyətinə qarşı hucumlara qarşı etiraz səsini ucaltdı. Şairin böyüklüyü onda olur ki onun yazdığı şeirləri partiyasından, ideologiyasından, siyasi, və dini düşüncəsindən, milli kimliyindən asılı olmayaraq hər kəs oxuyur. Çünki onun yaradıcılığının, sözünün gücü insanlara hətta onun baxşlarını belə unutdurur. Səməd Vurğun hər zaman sevilən şair olub və olacaq. Onun şeirlərini də zövqlə oxuyan oxuyucu üçün isə kimlərinsə onun haqqında əsassız ittihamlarının mənası belə olmayacaq. Nə qədər Azərbaycan var "Azərbaycan" şeiri hər zaman ən sevilən, dillərdən düşməyən şeirlərdən olacaq. Səməd Vurğin elə bir şairdir ki onu Lənkəranda, Şəkidə, Şamaxıda, Qubada, Bakıda, Təbrizdə də Qazaxdakı qədər sevirlər. Hansısa şairi sevib-sevməmək olar. Zövq məsələsidir. Bəyənib-bəyənməmək də olar. Sonda yenə zövq məsələsidir. Tənqid də etmək olar. Amma bu qədər insafsızca təhqirə çatan şəkildə yox. Bu günün şərtlərindən tarixə və şəxsiyyətlərimizə yanaşmaq, onlarla bağlı bir çox hallarda tənqid adı ilə təhqirlərə yol vermək düşmən dəyirmanına su tökməkdir. Bu şəxsiyyətlər bu millətin evladıdır. Hər şeyi söyləməyin bir üslubu var.
Səməd Vurğun böyük şairimizdir, nur içində yatsın.
P.S Azərbaycanı 4 yaşında əzbərlədiyi "Azərbaycan" şeiri ilə daha çox tanımış, hər güşəsinə aşiq olmuş, sevmiş, köksü qabara-qabara, gözləri dolaraq "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" deyə oxuyan o balaca Qənirənin və minlərlə mənim kimi insanın yaddaşında Səməd Vurğun bu xalqın böyük şairlərindən biri kimi hər zaman qalacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur