"Azərbaycan muğamını öyrənirəm"- Ruslana

Xəbərin çap versiyası
Tarix: 21-08-2017, 20:43    |    Xəbər oxunub: 666 dəfə
"Azərbaycan muğamını öyrənirəm"-


"Azərbaycan mənim üçün doğma yerdir"

Bunu AzərTAc-a müsahibəsində Bakıda Qlobal Gənc Liderlər Forumunda iştirak edən ukraynalı müğənni, 2004-cü ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi, Ukraynanın Xalq Artisti Ruslana söyləyib.

Müğənni deyib: “Bakıya həmişə böyük məmnuniyyətlə gəlirəm. Mənim üçün Azərbaycan Ukraynadan sonra ikinci doğma yerdir. Azərbaycanla bağlı o qədər xoş xatirələrim var ki. O cümlədən sənətimlə əlaqədar. Belə ki, bir neçə birgə layihə həyata keçirmişik. Mən azərbaycanlı artistləri tanıyıram, muğamı öyrənirəm. Bu qeyri-adi musiqi mənim üçün böyük maraq kəsb edir və mənə çox yaxındır”.

Bakıya öz təcrübəsindən danışmağa gəldiyini qeyd edən Ruslana deyib: “Axı Qlobal Gənc Liderlər Forumu mövzusu çox vacibdir”.

O deyib: “Forum ayrı-ayrı mədəniyyətləri və ölkələri təmsil edən müxtəlif formatlı gənclərin müzakirə etdikləri qlobal problemlərin həlli üçün platformadır. Hesab edirəm ki, Ukrayna ölkənin həyatını yaxşılaşdırmaq işində, sosial innovasiyaların tətbiqi sahəsində öz təcrübəsini bölüşə bilər. Axı ümumi məsələlərin həlli üçün birləşən insanlar çox fəal olurlar”.

Avqustun 20-də müxtəlif nümayəndə heyətləri ilə görüşlər keçirildiyini bildirən müğənni deyib: “Biz bir-birindən maraqlı insanlarla tanış olduq. Demək istəyirəm ki, burada olmaq çox xoşdur”.

Öz yaradıcılığına da toxunan Ruslana qeyd edib ki, yeni layihəsi çərçivəsində yaxın vaxtlarda Bakıda bir neçə təqdimat keçirməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur