Nazirlik Ququşun ittihamlarına cavab hazırlayır




Mədəniyyət və Turizm Nazirliyi əfsanəvi müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı ittihamlarına cavab verəcək.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar qurum tərəfindən açıqlama hazırlanır, gün ərzində nazirliyin saytında məlumat yerləşdiriləcək.

Qeyd edək ki, İslam inqilabından sonra İranı tərk etmiş Ququş Azərbaycanda konsert verə bilməməsinə görə Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb. Ququş iddia edib ki, sözügedən nazirlik tərəfindən onun Bakıda konsert verməsinə qadağa qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu