Uğur Işılakdan yeni möhtəşəm layihə- "Dombra"+VİDEO




Qardaş Türkiyənin çox tanınmış və sevilən sənətçisi Uğur Işılak yeni klipini təqdim edib.

AFN xəbər verir ki, Türk dünyasının hər yerində sevilən “Dombra” əsərinə çəkilən klipi yayıldığı ilk gündə rekord sayda izlənməyə başlanılıb. Televiziya kanallarında da tez-tez yayımlanan klipdə Türk millətinin tarixi, mədəniyyəti, ruhu öz əksini tapır. Bir sözlə, Türk millətinin ruhuna təsir edən bir əsər və klipdir. Azərbaycanda da böyük maraqla izlənilən bu əsəri və klipi təqdim edən Uğur Işılakı azərbaycanlı izləyicilər adından təbrik edirik və ümid edirik ki, yaxın günlərdə Bakıda da bir konsert verəcək, “Dombra”nı canlı izləmək imkanını bizə qazandıracaq.
Qeyd edək ki, Uğur Işılak buna qədər də Türk tarixi və mədəniyyətini əks etdirən əsərlər və albomlar hazırlayıb. Bunların arasında mehmet Akid Ersoyun, Sultan Selim, Sultan Süleynam və Sultan Fatehin şeirlərinə bəstələnmiş əsərləri, Nəcib Fazıl albomunu və. s göstərmək olar. Beləliklə, orujinal variantda möhtəşəm “Dombra”nı izləməyə dəvət edirik və bir ddaha vurğulayaq ki, bu klip televiziyalamızda tez-tez nümayiş etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu