Möhtəşəm "Forsaj şou" sabah yekunlaşır

Xəbərin çap versiyası
Tarix: 7-10-2017, 12:47    |    Xəbər oxunub: 1 258 dəfə
Möhtəşəm "Forsaj şou" sabah yekunlaşır


Heydər Əliyev Fondunun dəstəyi ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar həftəsonunu maraqlı istirahət proqramında keçiriblər.



AFN xəbər verir ki, Bakının Nizami, Suraxanı və Xətai rayonlarındakı 1,2,3 saylı uşaq evlərinin sakinləri, Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 saylı xüsusi internat məktəbinin, Mərdəkan qəsəbəsindəki valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbinin, Sabunçu rayonundakı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı xüsusi internat məktəbinin şagirdləri və Daun sindromlu uşaqlar “İntersirk”in təqdimatında “Forsaj şou” beynəlxalq sirk proqramını izləyiblər. Sentyabrın 29-dan etibarən Heydər Əliyev adına İdman və Konsert Kompleksində təqdim olunan “Forsaj şou” beynəlxalq sirk proqramında Azərbaycan, Rusiya, Ukrayna, Belarus, İtaliya, Venesuela, Kolumbiya və Çilidən olan tanınmış sirk ustalarının maraqlı çıxışları yer alıb. Uşaq evinin 400-dən çox sakinləri motokaskadyorların ekstremal motosiklet şoularını, “Sürücü ayılar” attraksionunu, “Cəsarət çəmbəri”, “Havada uçuş” nömrələrini, “Süvari” atlı-akrobat qrupunun çıxışlarını böyük maraqla izləyiblər. Nüfuzlu sirk festivallarının qaliblərinin həyəcan dolu nömrələri, dünyanın məşhur klounlarından biri, Monte-Karlo festivalında “Qızıl kloun” mükafatına layiq görülmüş Devid Lariblenin çıxışı uşaqlarda gözəl təəssürat yaradıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi-

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi- FOTOLAR

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib- FOTOLAR

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib-

Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur