Kukla Teatrı növbəti beynəlxalq festivalda


Kukla Teatrı növbəti beynəlxalq festivalda


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala yola düşür. Belə ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət 18-19 oktyabr tarixlərində Türkiyənin Adana şəhərində baş tutacaq IV Şəhər Teatrları Görüşü Festivalında ölkəmizi təmsil edəcək.



Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, Adana Şəhər Teatrları İdarəsi tərəfindən düzənlənən festivalın təşkilində əsas məqsəd müxtəlif ölkələrdən teatrları bir araya gətirməklə onların qarşılıqlı mübadiləsinə nail olmaqdır.
Dövlət Kukla Teatr bu festivalda repertuarın uğurlu tamaşalarından olan və artıq bir neçə beynəlxalq festivaldan birinciliklə qayıdan “Zəng” mono-tamaşası ilə çıxış edəcək.

Kukla Teatrı növbəti beynəlxalq festivalda


Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Məlumat üçün bildirək ki, 16 oktyabr 1 noyabr tarixlərini əhatə edən festivalda Türkiyə, Azərbaycan, Gürcüstan və Kiprin 18 teatrı müxtəlif janrlarda 18 tamaşa ilə çıxış edəcəklər.
Ənənəvi festival iki ildən bir baş tutur və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyllərini təqdim edir.

Kukla Teatrı növbəti beynəlxalq festivalda



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu