Qoqolun sirli ölümü

Xəbərin çap versiyası
Tarix: 20-10-2017, 19:00    |    Xəbər oxunub: 1 287 dəfə
Qoqolun sirli ölümü


Vüsal BAĞIRLI



Bu yaxınlarda, rusiyalı rejissor Yeqor Baranovun dahi yazıçının həyatından bəhs edən “Qoqol. Başlanğıc” filminin premeryası oldu. Filmdə yazıçının əsərlərinin süjet xətti və mistik həyat bioqrafiyası birləşdirmişdir.
Ssenaridə Dikanka sakinləri, su pərisi, kazaklar, mujiklər, sirli varlıqlar və digər personajlar, öz yaradıcıları, gənc yazıçı Nikolay Qoqolla qarşılaşırlar. Bizim təsəvvürümüzdə həmişə qəribə saç düzümü, bığları, uzun burnu ilə asossasiya olunan bu qəribə insan, dostu, xəfiyyə Quro ilə seriya qətlləri araşdırmaq üçün əyalətə gəlir...
Lakin, burda dayanaq. Hər şeyi danışıb, filmə olan tamaşaçı marağını öldürmək fikrindən deyiləm.
Söhbətimiz filmin süjetini deyil, dünya ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun əzab-əziyyətləri, xəstəliyi və ölüm sirri haqqında olacaq.
Britaniyada kral Artur ingilislərin milli qəhrəman hesab olunur. Xalq təsəvvürlərinə görə o, ölməyib və vətəni xilas etmək üçün qayıtma saatını gözləyir. Rusların bu rəvayətə uyğun qəhrəmanı Qoqoldur.
Qoqol haqqında istənilən söhbət sürüşərək onun son günlərinin müzakirəsinə gəlib çıxır. Gözümüzün qarşısına onun, dini mistika ilə insan əzabını bir-birinə qarışdırmış faciəvi taleyi gəlir.

Bəs, yazıçı necə və hansı şəraitdə dünyasını dəyişib?

1852-ci ilin 21 fevralında (4 mart) böyük rus yazıçısı Nikolay Qoqol vəfat etdi. O, bir neçə həftənin içində solaraq, 42 yaşında dünyadan köçdü. Dəhşətli və mistik ölümdən 165 il ötür, amma sirr tam olaraq hələ də açılmayıb.

Letargiya yuxusu

Onun dəhşətli ölümü və ya letargiya yuxusunda olarkən basdırılması haqqında şaiələr o qədər maraq doğurur ki, bəziləri bunun fakt, yaxud yalan olduğunu aydınlaşdıra bilmir. Əslində bu şaiələrin yaranmasında Qoqolun özünün də günahı var. Çünki, o xəstə olarkən tez-tez bayılır və bədəni qıc olurmuş. Yazıçı diri-diri basdırılacağından ehtiyat edirmiş.
Rus yazıçısı Sergey Aksakov xatırlayırdı: “Qoqol soyuqdan şikayətlənir, daim üşüyürdü. O, uzun “sapoq” qalın yun corablar geyirdi. Qızınmaq üçün otaqda qaçır, ayaqlarını sobanın üstünə qoyurdu. Şübhəsiz ki, bu onun hansısa ciddi xəstəlikdən əziyyət çəkdiyini göstərirdi”.
Başqa bir tanışı yazırdı: İşə bir bax, o, ayaq üstdə yazır, oturaraq yatır. Uzanmaq istəmir. Qorxur ki, onu ölü zənn edib basdırarlar”.
O, “Vəsiyyətnamə”sində yazırdı: “yaddaşım, sağlam düşüncəm və ağlım başımdaykən öz axırıncı istəyimi bəyan edirəm. Məni yalnız cansız bədənimdə çürümə əlamətləri hiss edildikdən sonra dəfn edəsiniz. Biləsiniz ki, xəstəliyimin şiddətləndiyi dönəmlərdə bəzən tam hərəkətsiz oluram, nəbzim və ürək döyüntülərim hiss edilməyəcək dərəcədə yavaşıyır”
Yazıçının ölümündən 79 il keçdikdən sonra onun qəbri Danilov monastırından Novodeviçye qəbiristanlığına köçürülüb. Deyilənə görə, mərhumun bədəni tabutda ölü üçün normal olmayan vəziyyətdə yana çevirilibmiş. Tabutun daxili divarları isə kəsik-kəsik və cızılmış vəziyyətdə olub.
Belə şaiələr bir çoxlarında Nikolay Vasilyeviçin torpaq altında, zülmət içərisində əzablı və dəhşətli ölümə düçar olması barədə əminliklər yaradıb. Bu fakti müasir tarixçilər təkzib edir. Müəyyən məxfilik tədbirlərinin nəzərə alındığı eksqumasiya (ölümün səbəblərini müəyyən etmək və ya dəfn yerini dəyişməkdən ötrü nəşin qəbirdən çıxarılması) zamanı Qoqolun qəbri ətrafında təxminən 20-dək adam tolaşıbmış.
Perm akademiyasının dosenti, tarixçi Mixail Davıdov yazır: “...yazıçı V.Q. Lidin də eksqumasiya mərasiminə iştirak edirmiş. O, təsdiq edirdi ki, yaxşı vəziyyətdə qalmış palıd tabutun içərisi cızıq-cızıq edilmiş, skelet isə qeyri-təbii vəziyyətdə, sanki büzüşmüş vəziyyətdə olub. Lidinin bu sözlərindən sonra Rusiyada yazıçının, guya sağ olarkən basdırılması haqqında həmin dəhşətli əfsanəyə inam bir az da gücləndi”
Əslində Qoqol həyatının son aylarını ağır ruhi sarsıntı, dözülməz iztirablar içərisində keçirib. O, yaxın tanışı Yekatrina Xomyakovanın gənc yaşında vəfat etməsindən də çox sarsılır. Bu dövrlərdə yazıçı yaradıcı fəaliyyəti dayandıraraq, vaxtının çoxunu dua edib, oruc tutmaqla keçirir. Sonra, ölüm qorxusu ona o dərəcədə hakim kəsilir ki, hər kəsə, qeybdən ona tezliklə öləcəyini xəbər verən səslər eşitdiyini deyir.
Xəstəliyinin şiddətləndiyi, ağılın başdan çıxdığı və sayıqladığı dönəmlərdə Qoqol geri qaytarılması mümkün olmayan səhv edir. O, “Ölü canlar” əsərinin ikinci cildini yandırır. Belə hesab olunur ki, romanı məhv etməsini ona yaxın tanışı olan din xadimi Matvey Konstantinovski məsləhət görüb. Bu keşiş Nikolay Vasilyeviçin həyatının son dövrlərində ona böyük təsir edə bilirmiş. Din xadiminin bu cür təsir və təzyiqlərindən onun ruhi və fiziki durumu daha da pisləşir. Qoqol zəifləyir və az yatır, demək olar ki, heç nə yemir.
Onun şəxsi həkimi Tarasenkov bildirirdi ki, yazıçı ömrünün son günlərində olduqca zəifləyib və qocalıbmış. Həkim öz qeydlərində yazırdı: “Qoqolun nəbzi zəif, dili təmiz və qurudur, hərdən burnundan qan gəlir, əlləri qıc olur. Sidiyi tünd və qatıdır”
Artıq fevralın 10-da Qoqol evdən çıxa bilməyəcək dərəcədə gücdən düşür. İyirmisi fevralda isə, qəflətən halı ətrafdakıları tanımayacaq dərəcədə pisləşir. Həkimlərdən ibarət konsilium qərara qəlir ki, onu qidanı azaltmaqla və zəli ilə qan almaq metodu ilə “məcburi müalicə”yə cəlb etsinlər. Həkimlərin bu həlledici səhvindən sonra Qoqol 21 fevral səhər saat 8-də vəfat edir.
Tarasenkovun yuxarıdakı qeydlərinə və konsiliumun qərarlarına müasir həkimlərin rəyi tam ziddiyyət təşkil edir:
“Əslində, qatı tünd sidik, daimi susuzluq, burun qanaması, qıcolma-xroniki civə zəhərlənməsinin simptomlarıdır. Civə isə Qoqolun mədə xəstəliyindən xilas olması üçün həkimlərin ona verdiyi Kalomel preparatının tərkibində olub. Kalomelin əsas xüsusiyyəti ondan ibarətdir ki, əgər o bağırsaq vasitəsilə sorulub orqanizmdən xaric edilərsə tam zərərsiz olur. Amma xəstə pəhriz saxladığına görə mədəsi boş olduğundan civə orqanizmdə yığılaraq kəskin zəhərlənmə verib. Bir tərəfdən də, ruhi sarsıntıların, əsəb gərginliyinin zəiflətdiyi bədən ölümü daha da sürətləndirib.
Ona hamı hörmət edirdi. Hətta, ölümündən sonra belə. Yazıçının tanışı, rəssam Fyodr İordan yazırdı: “ O, başına dəfnə yarpağından çələng qoyulmuş vəziyyətdə uzandırılmışdı. Tabutun ağzını bağlayanda çələng götürüldü və yarpaqlarının satışından xeyli pul əldə edildi. Hər kəs özünə ondan dəyərli xatirə saxlamaq istəyirdi”.
İnsan kütləsi Moskvanın Nikitski küçəsini tam bağlamışdı. Bu zaman, izdiham axını görünməmiş həddə çatır. Məmurlar və polislər gərginlik içindədir. Üsyan? İnqilab? Yox, sadəcə Qoqolun dəfn mərasimi keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur