Yaponiyanın Nippon Fondu “Read Japan” layihəsi çərçivəsində MEK-ə kitablar göndərib

Yaponiyanın Nippon Fondu “Read Japan” layihəsi çərçivəsində MEK-ə kitablar göndərib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) fondlarını dünya mədəniyyəti və elminə aid mənbələrlə zənginləşdirməyi davam edir. Bu məqsədlə kitabxananın beynəlxalq münasibətlər və təşkilatlararası əlaqələrinə yeni çalar gətirən layihələrə müraciət olunur. Belə ki, Yaponiyanın Nippon Fondu “Read Japan” (“Yaponiyanı mütaliə et”) adlı layihə çərçivəsində MEK-ə xüsusi seçilmiş ədəbiyyat təqdim edib.

Layihəyə əsasən hədiyyə edilən 100 ədəd kitab müasir Yaponiyanın daha da yaxından tanıdılması üçün yardımçı rolunu oynayır. Fondun heyəti Yaponiya haqda geniş biliyə malik olan 10 ekspertdən ibarətdir və onlar bu kitabların seçiminə xüsusi diqqətlə yanaşırlar. Müasir Yaponiyanı dərk etmək üçün nəzərdə tutulan kitablar ingilis dilindədir və əsasən siyasət və beynəlxalq əlaqələr, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət, ədəbiyyat və incəsənət, tarix kimi elm sahələrini əhatə edir. Nippon Fondunun təqdim etdiyi bu nəşrlər bu gün iqtisadi inkişafı ilə rifah səviyyəsinə çatmış, elm və texnika baxımından çox irəli getmiş qədim Yaponiyanın tarixi irsi, zəngin mədəniyyətinin öyrənilməsi və ölkənin yaxından tanıdılması üçün geniş imkanlar yaradır.

Yaponiya təşkilatları ilə əməkdaşlıq edən və ölkə haqqında geniş sənəd kolleksiyasına malik olan Mərkəzi Elmi Kitabxana bu layihədə də iştirak edir. 2017-ci ildə layihə çərçivəsində Nippon Fondu tərəfindən Mərkəzi Elmi Kitabxanaya 33 nüsxə Yaponiya haqqında çox əhəmiyyətli kitablar göndərilmişdir. Ədəbiyyat siyahısında Yaponiyanın tanıdılması baxımından önəmli sayıla bilən “Yukiçi Fukuzavanın avtobioqrafiyası”, “Hökumətdə üç sərxoş tərəfindən aparılan mühakimə”, “Yaponiya dövləti: dirçəlmiş iqtisadiyyatda bölünmüş siyasət”, “Makiavellinin uşaqları: Liderlər, onların İtaliya və Yaponiyada irsi”, “MİTİ və Yaponiya möcüzəsi: Sənaye siyasətinin inkişafı 1925-1975”, “Yapon sənayeləşməsinin təbii ehtiyatları 1750-1920”, “Yaponiya filmləri: Rəqabət gücünün mənbələri”, “Günəş də batır, Yaponiyanın iqtisadi gücünə dair məhdudiyyətlər”, “Asılılıq anatomiyası”, “Tokuqava dini: Müasir Yaponiyanın mədəni kökləri”, “Tsukiji: Dünyanın mərkəzində balıq marketi”, “Şəxsi məsələlər”, “Xəyal dünyası Yaponiya: Müasir manqa ilə əlaqəli yazılar”, “Kölgələrin tərifində”, “Yazıçı Kafu: Naqai Kafunun həyatı və əsərləri 1879-1959”, “Möhtəşəm bir qadının həyatı və digər yazılar”, “Oe və beyond: Müasir Yaponiyada bədii ədəbiyyat”, “Genjinin taleyi”, “Dərin və digər səyahət eskizlərinə dar yol”, “Yapon ədəbiyyatının möhtəşəm əsərləri”, “Qaranlığın gündəliyi: Kiyosava Kiyoşinin müharibə gündəliyi”, “Sakamoto Ryoma və Meiji bərpası”, “Abak və qılınc: Yaponların Koreyaya daxil olması 1895-1910”, “Ryukunun görüşləri: Erkən-müasir fikirlərin və siyasi görüşlərin müəyyənləşməsi və ideologiyası”, “Edo mədəniyyəti: Yaponiyanın şəhər həyatında gündəlik həyat və müxtəlifliklər 1600-1868”, “Kokoro” adlı kitablar yer tutur.

Azərbaycan Diplomatik Akademiyasının təşkil etdiyi “Nippon Fondu Azərbaycana gəlir” adlı tədbirin sərgisində MEK hədiyyə olunmuş mənbələr arasından seçilmiş kitablar ilə iştirak edəcək.

Qeyd edək ki, Nippon Fondunun “Read Japan” (“Yaponiyanı mütaliə et”) layihəsi çərçivəsində təqdim etdiyi kitablar MEK-in Akademiklər zalında Diplomatik fondda Yaponiya üçün ayrılmış xüsusi guşədə mühafizə olunur.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

menyu
menyu