Şərqin Şekspiri- ATMU-da Hüseyn Cavidin 135 illik yubileyi qeyd olundu


Şərqin Şekspiri-


Azərbaycan prezidenti İlham Əliyev şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.



Ölkə başçısının müvafiq sərancamına uyğun olaraq bu günlərdə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində, idarə və təşkilatlarında Hüseyn Cavid ədəbi irsinə sonsuz ehtiramdan qaynaqlanan silsilə tədbirlər keçirilir. ATMU Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan Turizm və Menecment Universitetində təşkil edilən ”Şərqin Şekspi” adlı tədbirdə universitetin rektoru İlham Mədətov diqqətə çatdırıb ki, milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoyub. Tədbirin gündəliyinə əsasən deyə bilərik ki, Universitet tələbələrinin “Şərqin Şekspiri” adlı tədbirin təşkilində yaxından iştirakı, Cavid ədəbi irsini ehtiva edən qiymətli nümunələrin təqdimatı, vidioçarx nümayişi məhz gəncliyin mənəvi sərvətimizə sahibləndiyinin konkret ifadəsidir-desək doğru olar. Tədbirin qonağı “Hədəf” nəşrlərinin baş redaktoru, f.ü.f.d.,dos, Şəmil Sadiq ATMU rəhbərliyinə,o cümlədən tədbirin təşkilatçısı olan tələbələrə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, dahi sənətkarın zəngin irsinə silsilə şeirlər, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb.

Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirib. H.Əliyev deyib:"Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir".

ATMU TGT-nın təşəbbüsü ilə təşkil olunan tədbir məhz milli kimliyimizə, mənəvi dəyərlərimizə sədaqət nümunəsidir. ATMU-da ulu şəxsiyyət Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan ”Şərqin Şekspri” adlı tədbir qiymətli hədiyyələrin təqdimi ilə başa çatıb.

Şərqin Şekspiri-

Şərqin Şekspiri-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu