Rafiq Hüseynovun dəfninin vaxtı dəyişdirilib


Rafiq Hüseynovun dəfninin vaxtı dəyişdirilib


Xalq artisti, tanmış diktor Rafiq Hüseynovun dəfn mərasimi noyabrın 3-də keçiriləcək.

AzVision.az xəbər verir ki, Almaniyada dünyasını dəyişən xalq artistinin cənazəsi noyabrın 2-də axşam saatlarında Bakıya gətiriləcək.

Vida mərasimi noyabrın 3-də saat 10:00-dan 12:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Mərhum Yasamal qəbirstanlığında dəfn ediləcək.

Qeyd edək ki, Rafiq Hüseynov oktyabrın 26-da Almaniyada müalicə aldığı klinikada vəfat edib. O, uzun müddət ağciyər xəstəliyindən əziyyt çəkib.

Mərhumun dəfn mərasimi noyabrın 2-ə planlaşdırılsa da, sonradan vaxtı dəyişdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu