Bəstəkar Tahir Əkbər insult keçirib


Bəstəkar Tahir Əkbər insult keçirib


Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər insult keçirib.

AFN xəbər verir ki, bu barədə AzVision.az-a bəstəkarın həyat yoldaşı Aybəniz xanım bildirib. Onun sözlərinə görə, T.Əkbər 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda həkim nəzarətindədir.

“Tahir bu gün səhər saatlarında insult keçirib. Hər gün səhər 6-7-də yuxudan durub, təmiz havada gəzirdi. Yuxudan ayılanda onun evdə olub-olmadığını yoxladım. Gördüm yerə yıxılıb. Tez yanına gedib ayağa qalxmasına kömək etdim. Ancaq özündə deyildi, bizi tanımadı. Təcili yardım çağırdım.
Vəziyyəti yaxşı deyil. Bircə diləyimiz var, Tahir tez sağalsın” - bəxtəkarın xanımı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu