Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib- VİDEO+FOTO

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 12:26    |    Xəbər oxunub: 629 dəfə
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-


Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə dəvət üçün və bu qədər dəyərli bəstəkar, ziyalı ilə görüşün təşkili üçün təşəkkürünü bildirən millət vəkili, siyası elmlər doktoru Q.Paşayeva bildirib ki, dünyanın hər yerinə getdiyimiz zaman ilk öncə fəxrlə danışdığımız mədəniyyətimizdir və musiqimizin inkişafında xidməti olan bütün dəyərli bəstəkarların yanında olmaq, onlara dəstək göstərmək cəmiyyətimizin hər bir üzvünün ilk növbədə vətəşdaşlıq borcudur.



Millət vəkili Q.Paşayeva bidirib ki, ölkəmizdə gənclərin əsl musiqiyə meylinin artması çox vacibdir və bölgələrdə musiqi məktələrinin sayı daha da artmalıdır: "Mən iki müəllimin qızıyam. Yaddımdadır hələ ibtidai sinifdə oxuyurdum. Atam məni musiqi məktəbinə piano sinifinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq o qədər də asan deyildi və mən uzun illər keçməsinə baxmayaraq atamla anamın qonşu otaqda söhbətlərini heç unutmuram. Anam dedi ki, evimizdə piano almaq üçün pul azdır və əgər piano alsaq evimizdə heç pul qalmayacaq və qarşıdan qış gəlir, isti geyimlıər almaq lazımdır, evdə az da olsa pul olmalıdır. Atam anama dedi ki, köhnə isti paltarlarımızı geyinərək, lazım olsa yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək. O piano bu gün də evimin ən əziz əşyasıdır. Çünki onun mənəvi çəkisi maddi çəkisindən min dəfələrlə daha ağırdır. İkinci unutmadığım xatirəm isə odur ki, o zaman piano sinifləri 7 illik idi və diplom almaq üçün 7 il oxumaq lazım idi. Yuxarı siniflərə gəldiyimdə hər gün məşğələlərə gedirdim, o zamanlar tibb universitetinə öz biliyinə ilk il daxil olmaq çox çətin idi. Eyni zamanda musiqi dərslərinə də getməli idim. Bir gün atama dedim ki, əgər məsləhət olarsa musiqi məktəbinə getməyim daha. Çünki mən musiqi təhsilinin davamı üçün konservatoriyaya getməyəcəm və mənə 7 illik musiqi diplomu lazım deyil. Amma musiqi məktəbi, məktəb və bütün günü məşğələlər çox çətindir və əgər musiqi məktəbinə getmsəm, o zamanı da dərslərə ayıra bilərəm. Atamın o zaman mənə söylədiyi sözü heç unutmuram və hər zaman ailələrlə görüşdə söyləyirəm. Atam dedi: "Qızım mən sizi musiqi məktəbinə verəndə musiqiçi olun niyyəti ilə verməmişdim. O, Allahın bir vergisidir və əgər sizdə böyük musiqi istedadı olsa, onsuzda arxasınca gedəcəkdiniz. Amma mən sizi musiqi məktəbinə verəndə istədim ki, ən azı musiqinin nə olduğunu anlayasınız, biləsiniz." Ona görə də musiqi məktəbləri artmalıdır, ailələr uşaqlarının musiqi məktəblərinə daha çox verməlidirlər. Bu həm musiqi mədəniyyətimizin inkişafı üçün böyük istedadların daha çox ortaya çıxması üçün, həm də musiqi zövqümüzün korlanmamasıı üçün lazımdır. Bu gün musiqidən xəbəri olmayan bəzi müğənniləri dinləyən yüzlərlə gənci görəndə çox üzülürəm və doğurdanmı bu gənclər onların oxuduqlarını sevirlər deyə təccüblənməklə yanaşı üzülürəm də... Biz dünya ölkələrinə çıxdığımız zaman Üzeyir bəylə, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və adlarını sadalaya biləcəyim onlarla böyük bəstəkarlarımızla fəxr edirik və bu gələcəkdə də davam etməlidir. Ona görə də Bəstəkarlar İttifaqının fəaliyyəti bu istiqamətdə də önəmlidir və biz hər zaman sizin yanınızdayıq. Firəngiz xanım da bizim qürur duyduğumuz bəstəkarlarımızdandır və bir az əvvə mənə görülən işlərlə bağlı məlumat verəndə, “İpək Yolu” layihəsi barədə danışanda çox məmnun oldum. Millət vəkili, vətəndaş olaraq nədə yanınızda ola biləriksə, bilin ki, hər zaman yanınmızdayıq. Məni Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilərsiniz. Sizə hər zaman böyük uğurlar arzulayıram”. Millət vəkili Q.Paşayeva bəstəkarları maraqlandıran sualları da cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin İttifaqın sədri Firəngiz Əlizadə ilə də geniş sörüşüb, fikir mübadiləsi olub və bütün gözəl layhələrinizdə yanınızdayıq deyib.

Görüşün videosunu bu linklərdən izləyə bilərsiniz:









Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur