“Uyə haraessən uyə?” yoxsa “Ayə, hara essən ə?”


“Uyə haraessən uyə?” yoxsa “Ayə, hara essən ə?”


Vüsal Bağırlı



Söz bir anda bütün gündəmi zəbt elədi. İndi şəhərdə hər üç nəfərdən dördü həmin verilişi müzakirə nişangahına çevirib.
Avtobusa minirsən, “Ayə, hara essən ayə?”, küçəyə çıxırsan, metroya girirsən, yenə. Feysdə, instaqramda, tində- dalanda, yolda- izdə, bir sözlə hər yerdə bu kəlmə.


Özü də cürbəcür informasiya mənbələrində, saytlarda, status və yazılarda söz müxtəlif çalarlarda əks olunur.
“Oyə harya edersən, oyə”, “Uyə haraessən uyə”, “Ayə haraya gedirsən, ayə”, “ayə harıyessən, oyə” və s. Bir sözün nə qədər versiyası, vasiantı olarmış!?
Fikrimcə, həssas məqamlarda, məsələlərə vaxtında müdaxilə edən, düzgün reaksiya verən, dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri nəzərdə tutan Dilçilik institutu, yaxud “zaryadka”nı “yükləmə”, “embarqo”nu “qadağa” kimi müəyyən edən Terminologiya komissiyası, bu dəfə də operativ reaksiya göstərməli, sözün düzgün orfoqrafik, leksik yazılış qaydasını müəyyən etməlidir.
“Ayə hara essən ayə?”. Görün sualda nə qədər məna yükü, dərin fəlsəfə var. Bu kəlamı, ağır bir işə, böyük qaya parçasını, daşı diyirləməyə məhkum edilmiş Sizifə də, “Qarabağ”ın cərimə müydançasına girmiş rəqib müdafiəçiyə də, kosmosa uçan Yuri Qaqarinə də ünvanlamaq mümkündür.
Hətta nağıllara, folklora nüfuz etmək olar. “Ayə hara essən ayə?”, “Çərə gedirəm, çürə gedirəm, sənə nə var hara gedirəm”. Yaxud, Məlikməmməd haqqında nağılı yada salın. Məlikməmməd quyuya düşərkən bu ibarə nə qədər yerində səslənir.
Yekun olaraq bildirim ki, sonuncu dəfə bu cür məşhurlaşan ifadə “tı kto takoy, davay do svidanie” olmuşdu. Hətta, bu sözləri indi söz oyununa çevirib, dialoq şəklinə də salmaq mümkündür.
- Ayə hara essən ə?
- Tı kto takoy, davay do svidanie...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu