Tofiq Quliyevin 100 illiyi münasibətilə əlaqədar müsabiqə elan olundu


Tofiq Quliyevin 100 illiyi münasibətilə əlaqədar müsabiqə elan olundu


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə görkəmli bəstəkar, respublikanın xalq artisti,
Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, professor Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə “TOFİQ QULİYEV ADINA ESTRADA MAHNI JANRINDA I RESPUBLİKA MÜSABİQƏSİ” elan edir.



Tofiq Quliyev milli musiqi mədəniyyəti tarixinə estrada musiqisinin banisi kimi daxil olmuşdur. Bəstəkarın özünəməxsus təravəti və yüksək bədii dəyərləri ilə fərqlənən, xalqımızın dilindя əzbər olan gözəl mahnıları bu gün də insanların qəlbini riqqətə gətirərək, müxtəlif nəsil müğənnilərin repertuarını bəzəyir. Müsabiqənin keçirilməsində əsas məqsəd unudulmaz bəstəkarımız Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək, müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi və mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıların aşkar edilməsidir.

Müsabiqənin şərtləri:

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilməlidir. Təqdim ediləcək mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutularaq, 3-5 dəqiqəlik vaxt həcmində olmalıdır.
Müsabiqə iştirakçıları əsərin klavirini (və ya partiturasını) və CD yazısını deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər. Əsərlər fortepiano ifasında və ya səsyazma studiyasında yazılmış şəkildə səsləndirilməlidir. Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir. Müsabiqədə peşəkar bəstəkarlarla yanaşı həvəskar bəstəkarlar da iştirak edə bilərlər.

Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:

I yer – 2000 manat
II yer – 1000 manat
III yer – 600 manat
Üç həvəsləndirici mükafat - hər biri 400 manat
Тəqdim olunmuş işlər 2018-ci il mart ayının 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq.

Əsərlər Bəstəkarlar İttifaqının tərtib etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Məsul şəxslər: Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçiləri – S.Hüseynova və N.Dadaşova.

Ünvan: Xaqani küçəsi 55, Əlaqə telefonları: (012) 598 08 86, (012) 598 08 84.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu