“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq

Xəbərin çap versiyası
Tarix: 10-01-2018, 21:07    |    Xəbər oxunub: 1 365 dəfə
“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq


Rza Rzayevin ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin – “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq.



Təqdimat yanvar ayının 16-da saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Bununla bağlı rejissor Rza Rzayev öz fikirlərini bölüşüb. O, “Geyilməmiş Ayaqqabılar” filmi haqqında yazan mətbuat işçilərinə və Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür edib:

“Filmin ictimaiyyət üçün təqdimatında o zaman problemlər yaranmışdı. Çünki bəzi kinoteatrlar ilə anlaşa bilməmişdik və filmdə çalışan xarici ölkə vətəndaşlarının ölkəmizə dəvətində maddidən çox mənəvi və psixoloji məsələlər var idi. Bu barədə ətraflı müsahibələrimdə danışmışam. Mətbuat üçün təqdimatdan sonra tanınmış jurnalist Günay Arda AzVision.az saytında yaradıcı heyətdən xəbərsiz Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə mətbuat vasitəsilə filmin kinoteatrlarda göstərilməsi və xarici sənət insanlarının təqdimatda iştirakının təmin edilməsi üçün müraciət etmişdi. Müraciətdən az keçmiş nazirliyə dəvət olundum və məsul şəxslər ən üst səviyyədə bizi qarşılayıb söhbət etdilər, istəklərimizi dinlədilər, filmin göstərilməsini və qonaqların dəvət olunmasını təmin edəcəklərini söylədilər. Artıq “Geyilməmiş ayaqqabılar” filminin yanvar ayının 16-da saat 19:00-da Nizami Kino Mərkəzində ictimaiyyət üçün böyük təqdimatı olacaq. Bu diqqətə görə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə və AzVision.az saytına yaradıcı heyət adından öz təşəkkürümüzü bildiririk”. (Yenicag.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur