“Oyuq”çular yaşıdlarını sevindirdilər

Xəbərin çap versiyası
Tarix: 12-01-2018, 20:35    |    Xəbər oxunub: 540 dəfə
“Oyuq”çular yaşıdlarını sevindirdilər


Uşaqların mənəvi-estetik zövqünün formalaşması ilə yanaşı xeyriyyə aksiyaları, sosial layihələr, balacaların cəmiyyətə inteqrasiyasına yönələn işləri də əsas missiyası hesab edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir tədbiri reallaşdırdı.



Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, yanvarın 12-də teatrın bir qrup aktyoru və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun yetirmələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində oldular.
Paytaxtın digər xüsusi tipli mərkəzləri və uşaq evlərində keçirilən tədbirlərinin davamı olan bu layihə də mərkəzdə məskunlaşan uşaq və yeniyetmələrin böyük sevincinə səbəb oldu. Repertuardakı tamaşalardan seçilmiş səhnəciklərin nümayişi uşaqlara xoş anlar yaşatdı, aktyorlar Rəhilə İbadova, İqbal Əliyev, Cavid Telman və digərlərinin çıxışları alqışlarla qarşılandı.
“Oyuq” teatr-studiyasının istedadlı yetirmələri Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Selcan Rzayeva, Ağa Şeydayev, Fərəh Hüseynovanın ifa etdikləri rəngarəng mahnılar, nümayiş etdirdikləri rəqslər həmyaşıdlarının sevincinə səbəb oldu.
Qeyd edək ki, bu teatrın fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına xidmət edən “Əlimdən tut” adlı sosial-maarifləndirici aksiyasının davamı idi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur