Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib


Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib


Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib. Mərasimdə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Arif Quliyev və başqaları iştirak edib.

AFN xəbər verir ki, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Teatr rəhbəri qeyd edib ki, Z. Ağakişiyeva uzun illər Akademik Milli Dram Teatrında çalışıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanıb: “Biz Zərnigar xanımın timsalında çox istedadlı, görkəmli aktrisamızı itirmişik. Zərnigar Ağakişiyeva bütün həyatını teatra həsr edib. Onu ötən əsrin 60-cı illərdən tanıyırdım. Mən Əliheydər Ələkbərovla bir kursda çalışırdım. Sonra Əliheydər müəllimin səhhətində problem yarandı, dərslərə gələ bilmədi, onun kursunu mənə həvalə etdilər. Həmin kursda Zərnigar xanım da var idi. Qürur duyuram ki, həmin kursdan Azərbaycan teatrına Yaşar Nuri və Zərnigar Ağakişiyeva kimi aktyorlar gəldilər. Bu gün Zərnigar xanımın üç mərasimidir. Zərnigar Ağakişiyeva Qubada dəfn olunub. Akademik Milli Dram Teatrı onun dəfni üçün hər bir hazırlığı görmüşdü. Ailə üzvləri istədilər ki, onu özləri Qubaya aparsınlar. Allah Zərnigar xanıma rəhmət etsin, ruhu şad olsun. Onun xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq, Zərnigar xanımı həmişə hörmət və ehtiram hissi ilə yad edəcəyik”.

Qeyd edək ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib

Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib

Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib

Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu