Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb- FOTOLAR


Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb-


21-22 fevral 2018-ci ildə Rusiyanın Kazan şəhərində “ZILANT” beynəlxalq kinofestivalı keçirildi. Festivalda Rusiya, Fransa, İspaniya filmləri iştirak edib. Festivalın finalçıları arasında azərbaycanlı rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” filmi də vardı. Bu film “Qısametrajlı film” kateqoriyasında seçilmiş və “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olmuşdur.



Festival çərçivəsində iştirakçıların müsiflər heyətinin sədri ilə tanışlığı baş tutmuşdur. Teatr və kino aktyoru, Rusiyanın əməkdar artisti Vladimir Demidovla tanışlıq olmuş, eyni zamanda Nuriman Minikayevin “Kinokadrın kompozisiyası” master-klası keçirilmiş və finalçıların işlərinə baxış baş tutmuşdur. Qalibləri Rusiyanın aparıcı kinorejissoru Andrey Selivanov mükafatlandırmışdır. Azərbaycan filmi, ssenari müəllifi və prodüsser Lalə Əliyeva-Klıçkova tərəfindən təqdim edilmişdir. O, filmin yaradılma tarixindən danışaraq, Azərbaycan filmini beynəlxalq festivalda təqdim etməkdən qurur hissi duyduğunu qeyd etmişdir.

“Dəniz suyu içən it” qısametrajlı filmi “NərimanFilm” kinostudiyasının bazası əsasında çəkilmişdir. Film, sevdiyi kişinin xəyanətinə məruz qalan və doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü və çarəsizlik yaşayan qadın kimsəsiz çimərliyə gəlir və bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir.

Qeyd edək ki, film Calcutta International Cult Film Festival, International Bosphorus Film Festival (Türkiyə), Sankt-Peterburqda “Green Vision”, HADİSƏ – 2017 və Sankt-Peterburqdakı “Green Vision” festivallarında qeydə alınmış, həmçinin ABŞ-ın Malibu şəhərində qapalı nümayişi həyata keçirilmişdir. Bu ilin aprel ayında isə film Kamerunda beynəlxalq festivalda təqdim ediləcəkdir. Baş rolun ifaçısı Natavan Hacıyeva “Women's Only Entertainment Film Festival”da “Xarici kino sənətinin ən yaxşı aktrisası” adına, filmin prodüsseri isə Moskvadakı Moscow Indie Film Festival müstəqil kino festivalında “Ən yaxşı qadın kinomatoqraf” mükafatına layiq görülmüşdür.

Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb-

Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb-

Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb-

Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb-

Azərbaycan filmi beynəlxalq festivalda qələbə qazanıb-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu