Məşhur aktrisa hamamda ölüb


Məşhur aktrisa hamamda ölüb


Dubayın rəsmi qurumları Hindistanın məşhur kino aktrisası Şridevi Kapurun vəfatı ilə bağlı məlumat yayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın oteldə hamam otağında öldüyü bildirilib. Qeyd edilib ki, məhşur aktrisa hamamda çimərkən huşunu itirib, sonra cakkuzidə suda boğularaq ölüb.

İlkin məlumatda Dubaya yaxın qohumunun toyuna gedən aktrisanın ölümünə səbəb kimi qəfildən ürəyinin dayanması göstərilirdi.

Xatırladaq ki, hind kinosunun ulduzu karyerası ərzində 265 filmə çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu