Varisin yeni kitabının imza günü keçiriləcək


Varisin yeni kitabının imza günü keçiriləcək


Mart ayının 9-da, saat 17-dən 20-dək paytaxtın İstiqlaliyyət küçəsində yerləşən Libraff kitab mağazasında Varisin “Uzaqdan gələn yağış” adlı yeni romanının imza günü keçiriləcək.



Cildində “Gənclərin birnəfəsə oxuyacağı kitab” qeydi yer almış “Uzaqdan gələn yağış” körpə fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçılarından bəhs edərək insanlığı “sevgi” adlı bir hədəfi “maddiyyat” və “təmənna” adlı cəlladların nişangahından çıxarmağa çağırır.

Onu da qeyd edək ki, yanvar ayından satışda olan və artıq kifayət qədər diqqət oyada bilən “Uzaqdan gələn yağış” kitabını Libraff mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq. Kitab Teas-press nəşriyyatında nəşr olunub.

Elnur Eltürk



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu