"Sünbül səməni"


"Sünbül səməni"


Novruz ənənələrindən və əsas atributlarından biri də səməni cücərtməkdir. Səməni hər il mart ayının günlərində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından və ya arpasından sini qablarda göyərdilən etnoqrafik elementdir.



Səməni əsasən toxumluq buğdadan qoyulur ki, sini qablarda göyərdilən səməni həmdə yazda səpiləcək toxumun keyfiyyətindən xəbər verir. Bununla bağlı hətda xalq arasında deyimlər, inanclar da vardır: Səməni yaxşı cücərsə bolluq-bərəkət içində olacağına işarətdir. Başqa bir inanca görə isə, səməni hər bir evdə cücərdilməlidir ki, evə ruzi-bərəkət gətirsin. Xalqımızın ən qədim səməni göyərtmə üsullarından biri də Naxçıvan bölgəsində (Culfa rayonu) göyərdilən "Sünbül Səməni" formasıdır.
Belə ki, yayda taxıl biçimi zamanı sünbüllər dəstə halında bağlanıb yaza kimi saxlanılır. İlk "Çərşənbə axşamı"na yaxın vaxtda həmin sünbül dəstələri içərisi su ilə dolu ləyənə salınır ki, iki gün suda qalıb suyu yaxshıca hopub islaq vəziyyətə gətirilsin. İki gündən sonra sünbül dəstələri sudan çıxarılır və isladılmış tənzif parçalara bələcək formada bükülür. Tənzifə bükülmüş sünbüllər sinilərə düzülür, cücərənə kimi hər gün üzərlərinə su çiləyib nəm halında saxlayırıq. Sünbüllərin tənzif dəliklərindən cücərib uc hissələri yaşıla doğru çevirildikdən sonra, tənziflər açılır və həmin sünbül dəstələrinin saplaq hissələrini içərisi su ilə dolu hündür qablara salırıq.

Bu da bizim qədim ənənələrimizə söykənən "Sünbül Səməni" haqqında bilgilərimiz idi ki, sizlərlə paylaşdıq. Keçmişdən bizə miras qalmış ənənələrimizə sadiq qalıb, qoruyub yaşadaq.

Necə deyərlər: Səmənilərimiz yaxşı cücərsin, ilimiz bolluq-bərəkət içində keçsin!

Aidə İbrahimova,
Culfa rayonu "Gülüstan" mədəniyyət evinin bədii rəhbəri



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu