Rəqqasə Fatimə dövlət işinə düzəldi


Rəqqasə Fatimə dövlət işinə düzəldi


Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına işə düzəlib.

AFN xəbər verir ki, bu barədə lent.az-a rəqqasənin özü xəbər verib. O bildirib ki, bu onun ad gününə ən gözəl hədiyyə olub: “Bu mənə doğum günümə ən gözəl hədiyyə oldu. Xoşbəxtəm ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəqqasəsiyəm. Hər zaman çalışmışam ki, vətənimə, dövlətimizə layiqli bir insan olub. Şükürlər olsun ki, bu istəyim real olub. Sizin vasitənizlə xalq artistimiz Samir Cəfərova və prodüser Tolikə təşəkkür edirəm. Tolik, inşAllah ki, yaxın müddətdə bizim doğma Gəncəmizdə konsertimi təşkil edəcəksən”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu