Avstriyada “Uçan xalça” sərgisinin açılışı olacaq

Xəbərin çap versiyası
Tarix: 10-04-2018, 15:19    |    Xəbər oxunub: 822 dəfə
Avstriyada “Uçan xalça” sərgisinin açılışı olacaq


Aprelin 12-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən “Uçan xalça” sərgisinin açılışı keçiriləcək. Sərginin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.



Açılış mərasimində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyi, Azərbaycan Xalça Muzeyi, Vyana Tətbiqi Sənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsmiləri iştirak edəcəklər.

“Uçan xalça” sərgisi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Azərbaycan və Avstriyadan olan tələbələr müxtəlif texnikalarda yerinə yetirdikləri əsərlərini təqdim etdikləri bu layihənin yaradılması üzərində yeddi ay ərzində işləyiblər. Layihənin məqsədi xalçaçılıqda dövrlərin bir-biri ilə əlaqəsini aşkara çıxarılması və bu sənətin ənənələrinin qorunub inkişaf etdirilməsi üzərində qurulub. Tələbələr öz fantaziyalarını, bədii obrazları ənənəvi arxetiplərə gedib çıxan müasir incəsənətin müxtəlif istiqamətlərində işləmək bacarığını nümayiş etdirmişlər. Bu eksperiment kimi XIX əsrə aid qismən tələbələr tərəfindən bərpa edilmiş Azərbaycanın nəfis xovsuz xalçalarından biri olan sumax xalçası götürülmüşdür. Onlar sumaxın səthindəki təsvirləri yaradıcı surətdə dəyişdirir və bu ornamentlər orqanik şüşədə həcm və forma əldə edərək, məkanda uçur və installyasıyanın bir hissəsinə çevrilir.

Qeyd edək ki, sərgi 10 may tarixinədək Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində davam edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu  üzrə açıq turnir keçirilib-

Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu üzrə açıq turnir keçirilib- FOTOLAR

Sumqayıtın

Sumqayıtın "başsız" məktəbləri- SİYAHI

Mən kiməm?-

Mən kiməm?- Əziz Əlibəyli yazır...

“Ştutqart”da vətəndaşları belə aldadırlar-

“Ştutqart”da vətəndaşları belə aldadırlar- Zəmanət yox, geri qaytarma yox…

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Qazaxıstanda neft yatağında yanğın baş verib

Qazaxıstanda neft yatağında yanğın baş verib

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu-

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu- VİDEO

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur