Məmməd Arazın yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 11-04-2018, 16:54    |    Xəbər oxunub: 835 dəfə
Məmməd Arazın yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçiriləcək


"III Məmməd Araz Poeziya günü” və Məmməd Arazın anadan olmasının 85 illik yubileyi münasibəti ilə şeir müsabiqəsi keçirilir.

Müsabiqəni Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi təşkil edir.

Əəsər qəbulunun şərtləri aşağıdakı kimidir:

Müsabiqəyə yalnız çap olunmamış şeirlər qəbul edilir. Şeirlər Məmməd Araz yaradıcılığına aid olmaya da bilər, məqsəd görkəmli şairə həsr olunmuş müsabiqədə ən yaxşı şeiri seçməkdir.
Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə əsər qəbulu 2018-ci ilin 15 aprelindən həmin ilin 15 iyulunadək qədər davam edəcək.

Mükafatlandırılma mərasimi 2018-ci ilin oktyabr ayında – şairin doğum günü ərəfəsində keçiriləcək.

Müsabiqə üçün əsərlər [email protected] elektron ünvanına göndərilir və ya AYB Yaradıcılıq məsələləri üzrə katibliyə təqdim edilir.

Müsabiqədə I yerin sahibi Məmməd Araz adına "Qartal” mükafatına, I dərəcəli diploma və qiymətli hədiyyəyə layiq görüləcəkdir. II və III yerlərə layiq görülənlər diplom və qiymətli xatirə hədiyyələri ilə təltif ediləcəkdir.

Müsabiqədə seçiləcək şeirlərin poetik məziyyətləri nəzərə alınmaqla daha bir neçə nominasiya üzrə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.
Müsabiqə iştirakçısı göstərilən e-mailə, yaxud müvafiq katibliyə şəxsiyyət vəsiqəsinin surətini (e-mailə elektron surətini), ədəbi təxəllüsünü göndərməli və ya təqdim etməli, əlaqə nömrəsini, ya da elektron poçtunu bildirməlidir.

Müsabiqənin iş prosesi:

Əsərlər nömrələnmiş qaydada (imzasız) işçi qrupuna verilir, işçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflərə təqdim edir. Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir. Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir. Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır. Qaliblərin şeirləri və digər seçilən əsərlər almanaxda nəşr ediləcək.

Qeyd: Müsabiqəylə bağlı suallarla əlaqədar [email protected] elektron ünvanına yazmaq, yaxud 055-203-34-26 mobil nömrəsinə zəng etmək olar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır-

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır- ƏƏSMN rəsmisi

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub-

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu-

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu- Narazılıq böyüyür

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur