Anar: “Böyük bədbəxtlikdir ki, cəmiyyətin böyük hissəsi Azərbaycan dilində kitab oxumur”

Xəbərin çap versiyası
Tarix: 16-04-2018, 13:10    |    Xəbər oxunub: 1 069 dəfə
Anar:


Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “ARB Günəş” televiziyasında yayımlanan “Mən məktəbli ikən” verilişinin qonağı olub. O, məktəb illəri haqqındakı xatirələrini tamaşaçılarla bölüşüb.

“Mən Konservatoriyanın nəzdində fəaliyyət göstərən xüsusi məktəbdə, Azərbaycan bölməsində təhsil almışam. Sinfimizdə 5 nəfər şagird var idi. Sinif yoldaşlarımla bu gün də yaxşı münasibətimiz var. Həyat yoldaşım Zemfira xanım sinif yoldaşımdır. Onunla 11 il bir yerdə oxumuşuq, sonra nişanlanıb evləndik və 56 ildir ki, bərabərik”.

Xalq yazıçısı Azərbaycan dilində mütaliə etməyin əhəmiyyətin də danışıb:

“Böyük bədbəxtlikdir ki, bizim cəmiyyətin böyük bir hissəsi Azərbaycan dilində kitab oxumur, Azərbaycan ədəbiyyatı ilə tanış deyil. Necə ola bilər ki, müstəqil ölkənin ziyalısı öz ədəbiyyatını bilməsin, doğma dilində danışmağı bacarmasın, bu çox böyük bəladır”.

Anar 14 yaşından etibarən yazmağa başlayıb. Ədəbiyyata marağının yaranmasında əlbəttə ki, atasının və anasının xüsusi təsiri olub:

“Mən uşaq olanda anam mənə “Koroğlu” dastanı və Nazim Hikmətin şeirlərini oxuyardı. Onu həvəslə dinləyirdim. Atam isə məsləhət verirdi ki, böyüyəndə geoloq və ya mühəndis olum. Atam deyirdi ki, yaradıcılıqla hər zaman məşğul ola bilrsən. İndi düşünürəm ki, nahaq yerə onun məsləhətinə qulaq asmadım. Başqa sahələrə yönəlsəydim, təcrübəm daha da çox olardı”.

Xatırladaq ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş” televiziyasında yayımlanır. Veriliş “ARB Günəş” və Bakı Dövlət Universitetinin birgə layihəsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Unudulmaz qış nağılı

Unudulmaz qış nağılı

İlin “ən yaxşıları” seçildi:

İlin “ən yaxşıları” seçildi: “Xəzər” Milli Mükafatı təqdim edildi-FOTOLAR

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Sabah Bakıda 12 dərəcə isti olacaq

Sabah Bakıda 12 dərəcə isti olacaq

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur