Türklər bəzi rəqəmləri niyə müqəddəs sayırlar?

Xəbərin çap versiyası
Tarix: 25-04-2018, 13:49    |    Xəbər oxunub: 727 dəfə
Türklər bəzi rəqəmləri niyə müqəddəs sayırlar?


Türklər yaşamlarındakı bəzi təsadüf və bənzətmələri diqqətə alaraq bəzi rəqəmlərə müxtəlif formalarda izah vermiş və həmin izahlara inanaraq o rəqəmləri müqəddəs sayıblar. Bunlar üç, dörd, beş, yeddi, doqquz və qırx rəqəmləridir. AFN olaraq bu rəqəmlərə olan inancla bağlı bəzi məlumatları diqqətinizə çatdırırıq.

Üç rəqəmi

Xəzər dənizinin sahilində Qaokerena adında üç ayaqlı eşşəklər var imiş. Ovçu Bineqar hekayəsindəki marallar üç ayaqlıdır. Şamanların mərasimlərində istifadə etdikləri barabanların üzərindəki Pura dedikləri qoçlar üç buynuzludur. Oğuz xanın oğullarından Dağ Xanın rəhbərliyindəki boyun Onqunu (qədim türk boylarının hər birinin özünə məxsus onqunları-totemləri olmuşdur) sancılmış üç çubuqdur. Ölümdən üç gün sonra yemək verilir.

Dörd rəqəmi

Göytürklərin və Taoistlərin dörd istiqaməti təmsil edən Tanrıları vardır. Şamanların geydikləri manyak adlı geyimin qollarında dörd zınqırov asılmışdır. Abakan Türkləri dini mərasimlərini dörd müqəddəs ağcaqayın ağacının yanında təşkil edirdilər. At ilk dəfə cənnətdən çıxmış və bu atların dörd gözü vardır.

Beş rəqəmi

Tuğla və Selenqa çaylarının birləşdiyi Kumlanço adlı yerdə bir fıstıq və bir də ağcaqayın ağacı vardır. Bu iki ağac beş uşaq doğur. Yuğurları qurban mərasimində böyük Tanrı adına düzəldilmiş üç çubuqdan birində beş zolaq vardır və bunlar Onqol Xana aiddir. Şamanların manyak adlı geyiminin sol qolunda beş zınqırov asılmışdır.

Yeddi rəqəmi

Altayların bir əfsanəsinə görə, Nuh tufanının olacağını ilk olaraq dəmir buynuzlu, dəmir saçlı bir keçi yeddi gün gəzib belə demişdir: yeddi gün zəlzələ oldu, yeddi gün yerdən alov püskürdü, yeddi gün yağış yağdı, yeddi gün fırtına və yeddi gün qar yağdı. Yenə Nuhun gəmisini düzəldən yeddi əziz qardaş vardır. Göylər və dənizlər yeddi qatdan ibarətdir. Altaylılara görə, ölü bir evdən çıxdıqdan sonra Aldacı deyilən qaranlıq, pis ruhlar evdə qalır. Bunun üçün o evdən yeddi gün əşya verilməz və içəriyə də alınmaz. O ev yeddi gün sonra təmizlənər. Yeddi gün sonra o evə girmək olar və o evdə yeddi gün sonra yemək vermək olar. Türklərdə yeddi başlı əjdahalardan çox bəhs edilər.

Doqquz rəqəmi

Türklərin ən böyük Tanrılarından biri olan Qara Xan dünyanın tam mərkəzinə doqquz budaqlı şam ağacı əkmişdir. Altaylara görə, insanın skeletində baş, bel, diz, topuq, ayaq biləyi, çiyin, dirsək, ovuc və əl biləyi olmaqla doqquz hissə vardır. Şamanların nağaralarında Tanrı Ülgənin doqquz qızının rəsmi var. Üzərlərinə geydikləri manyak dedikləri geyimdən doqquz zınqırov asılmışdır. Şamanlara görə, yerin altı doqquz təbəqədən ibarətdir. Oğuz dastanında gördüyümüz kimi, doqquz Oğuzdan böyük boylar əmələ gəlmişdir. Yakutlara görə, göy tanrılarının sayı doqquzdur. Altayların inancına görə də qiyamət zamanı dənizin dibində olan doqquz çəngəlli qaradaş parçalanaraq yerindən ayrılacaq və oradan dəmirdən və sarı rəngli atlara minmiş süvari ətrafa hücum edəcəkdir.

Qırx rəqəmi

Türklər arasında ən çox istifadə edilən rəqəm qırxdır. Bununla əlaqədar inanclarda belədir: bəzi əjdahalar vardır ki, onları heç bir güc məğlub edə bilməz və onlar ölməzlər. Tilsimli olduğu və tilsimi pozulunca öləcəyinə inanılan bu əjdahaların qırx günlük bir yuxu zamanı vardır. Elə bu yuxu əsnasında üzərindən qıl qoparılaraq odda yandırılan əjdahalar ölər. Türk dastanlarında qırx rəqəminə tez-tez rast gəlinir. Qırx qız və Manas dastanında olduğu kimi, qırx igid adına sıx rast gəlirik. Qırğızların yaradılış əfsanələrində də Sağan Xanın bir qızı otuz doqquz xidmətçisi ilə birlikdə qırx qız bir gölün kənarına gedərək sudan hamilə qalmışlar. Oğuz xanın təşkil etdiyi el şənliyində yerə sancılmış uzun dirəklərin boyu qırx qulac uzunluğundadır. Bundan başqa, türklərə aid hekayə və nağıllarda qırx gün, qırx gecə toylar, qırx harami və qırx sətir, qırx qatır sözlərinə çox sıx rast gəlirik.

Qaynaq: türkçenindirilişi.com.tr

Elvin ZEYNALLI





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Erməni nazir:

Erməni nazir: İran qazı bizim cibimizə görə deyil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

“Səhliyalı” barədə cavabsız suallar:

“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

“SABAH” qrupunun tələbələri

“SABAH” qrupunun tələbələri "Qaçqınkom"da olublar

Binəqədidə yolların yenidən qurulması üçün

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

Yol Polisinin rəhbərliyi Milli Məclisə

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur