Rövşən Abdullaoğlunun "Abaddon" romanı işıq üzü görüb

Xəbərin çap versiyası
Tarix: 12-05-2018, 17:55    |    Xəbər oxunub: 1 150 dəfə
Rövşən Abdullaoğlunun "Abaddon" romanı işıq üzü görüb


Bu həftə tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun "Abaddon" adlı yeni romanı işıq üzü görüb.



AFN verir ki, əsərlərində ən müxtəlif mövzulardan bəhs etməklə oxucuların böyük marağını cəlb edən müəllif bu dəfə detektiv janrına müraciət edib. Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.

Rövşən Abdullaoğlunun "Abaddon" romanı işıq üzü görüb


Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.

Rövşən Abdullaoğlunun "Abaddon" romanı işıq üzü görüb


Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşaiyət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.

Xatırladaq ki, bu günə qədər motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunub. Motivasiya psixologiyası silsiləsindən olan "Çətin olsa da, həyat davam edir", "Hər bir İnsan hökmdardır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olub, Onun "Arxadakı körpüləri yandırın" kitabı 2014-cü ildə Türkiyədə də çap edilib. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanın ən çox oxunan kitabı olub. Müəllifin "Relslər üzərinə uzanmış adam" adlı ikinci psixoloji romanı isə ilk nəşrinin cəmi 2 həftəsi ərzində satılıb bitməklə yeni bir rekorda imza atıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur