Azərbaycan Xalça Muzeyi Varşavada “Avropanın ən yaxşı muzeyi 2018” müsabiqəsində iştirak edib

Xəbərin çap versiyası
Tarix: 16-05-2018, 16:17    |    Xəbər oxunub: 576 dəfə
Azərbaycan Xalça Muzeyi Varşavada “Avropanın ən yaxşı muzeyi 2018” müsabiqəsində iştirak edib


Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova 9-12 may tarixlərində Polşanın Varşava şəhərində Beynəlxalq Muzey Forumunun “Avropanın ən yaxşı muzeyi 2018” mükafatı üçün təşkil etdiyi müsabiqə çərçivəsində keçirilən “Muzey innovasiyaları” konfransında Azərbaycan Xalça Muzeyini təmsil edib.



Tədbir Avropa Muzey Forumu (EMF), Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, İctimai Kolleksiyalar və Muzeylər üçün Milli İnstitut, Avropa Şurası və Polşa Muzeyinin birgə təşkilatçılığı ilə Varşavanın Polşa Yəhudilərinin Tarixi Muzeyində keçirilib.

“Avropanın ən yaxşı muzeyi 2018” mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi ilə yanaşı, Böyük Britaniya, Türkiyə, İsveç, Hollandiya, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya muzeyləri olub.

Azərbaycan Xalça Muzeyi Varşavada “Avropanın ən yaxşı muzeyi 2018” müsabiqəsində iştirak edib


Tədbirə çox kiçik - cəmi iki işçisi və iri – il ərzində 3 milyona qədər ziyarətçisi (tamaşaçısı) olan 40-a yaxın muzey qatılıb. Xalça Muzeyinin təqdimatı ən yaxşı, parlaq və yaddaqalan təqdimatlardan biri kimi qəbul olunub. Azərbaycan Xalça Muzeyi “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Bu barədə danışan muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu gün muzeylərin əsas fəaliyyəti cəmiyyətlə işləmək və əhalinin müxtəlif təbəqələrini muzeylərə yalnız ziyarətçi qismində deyil, həm də muzey həyatının iştirakçıları qismində cəlb etməkdir və yerli şərtlərə uyğun olaraq hər muzey bu məsələni öz bildiyi kimi həll edir. “Biz bu gözəl təcrübəni mənimsəməliyik və cəmiyyətin hər üzvü burada nəsə öyrənib təcrübə qazanmalı, özünü muzey həyatının, fəaliyyətinin bir hissəsi kimi hiss etməlidir” – deyə o, vurğulayıb.

Azərbaycan Xalça Muzeyi Varşavada “Avropanın ən yaxşı muzeyi 2018” müsabiqəsində iştirak edib


"Avropanın ən yaxşı muzeyi " (EMYA) mükafatı Avropa Muzey Forumunun (EMF) əsas layihəsidir. Avropa Muzey Forumu muzeydə innovasiyanı təşviq etmək, Avropada qabaqcıl peşə təcrübəsi və fikir mübadiləsini asanlaşdırmaq üçün xeyriyyə fondu kimi Böyük Britaniyada qeydə alınmış müstəqil qeyri-kommersiya təşkilatıdır. EMF Avropa Şurasının himayəsi altında fəaliyyət göstərir və Avropa muzeylərinin sosial keyfiyyətinin inkişaf etdirilməsinə yönəlmiş aparıcı Avropa qurumlarından biridir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Gedəcək yer axtaran azərbaycanlılar..."- Rza Rzayev yazır

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi-

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi- ŞİKAYƏT

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır-

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır- FOTO

"Bakcell" eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Avtobusa silahla girib polislə əlbəyaxa oldu-

Avtobusa silahla girib polislə əlbəyaxa oldu- Bakıda olay

“Tağıyevin evi deyil...”-

“Tağıyevin evi deyil...”- Sökülən bina ilə bağlı açıqlama

Arzu Əliyeva AXC ilə bağlı film çəkib-

Arzu Əliyeva AXC ilə bağlı film çəkib- VİDEO

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk-

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk- "Veysəloğlu"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur