Oyuq”dan bayram konserti


Oyuq”dan bayram konserti


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının balaca yetirmələri xalqımızın iki şanlı təqvim gününü - 28 may – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini möhtəşəm konsert proqramı ilə qeyd edəcək.

Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, iki əzəmətli tarixi yetişən nəsillərin yaddaşında möhkəmləndirmək, həmyaşıdları ilə birlikdə bayram ovqatına köklənmək istəyən istedadlı “Oyuq”çular “Ey şanlı Azərbaycan!” adlı konsert proqramı ilə bu günü həm özləri, həm də paytaxt sakinləri üçün yaddaqalan etmək üçün zəngin proqram hazırlayıblar.
Teatrın Dənizkənarı Bulvar İdarəsi ilə birgə reallaşdırdığı bu konsert proqramı 28 may (saat 16:00) Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrının yanındakı geniş meydanda baş tutacaq.
Studiya fəallarının ifasında rəngarəng konsert proqramı və səhnəcikləri izləmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu