Gənc şair aprel və Afrin şəhidlərinə şeir ithaf edib- "Şəhidlər"


Gənc şair aprel və Afrin şəhidlərinə şeir ithaf edib-


Eynən Qarabağ təbiətini özündə əks etdirən Lerik rayonu respublikamıza görkəmli ziyalılar, ömrünü xalqın sağlamlığına həsr edən həkimlər, müəllimlər, gənc yaşlarında ömrünü vətənə qurban verən şəhidlər və xalqımızın təbiətini nəzm şəklində təsvir edən şairlər bəxş edib.



Bu gün uşaq yaşlarından vətənpərvər ruhda böyüyən gənc yazarımız Elcan Lerikdən danışacağıq. Qeyd edək ki, Elcan Məmiyevin şəhidlərə həsr etdiyi şeiri nəinki ölkə daxilində, hətta respublikamızdan kənarda yaşayan həmvətənlərimiz tərəfindən rəğbətlə qarşılanıb. Elə bu şeirə görə də Elcan Lerik şairlərə məxsus bir neçə lahiyədə birinciliyi qazanıb.

Elcan Lerikin müsahibəsində söylədiyi bir ifadə diqqətimi cəlb etdi.

"Vətən gözdür, biz isə onun kiprikləri. Kiprik gözün keşiyində daim durduğu kimi, biz də vətənimizin keşiyində daim durmağa hazırıq. Hər zaman canımızı vətənə qurban verməyə hazırıq".

Biz də AFN kollektivi olaraq bu gənc vətənpərvər yazarımıza gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gənc şairin şeirini təqdim edirik:

Şəhidlər

(Aprel və Afrin şəhidlərinə ithaf olunur)

Adımı tarixə qan ilə yazdım,
Vətənçün yaşayıb, yandım, ay ana.
Oxuyub azadlıq nəğmələrini,
Azadlıq himnini yazdım, ay ana.

Qəlbimdə vətənə sevgi yaşatdım,
Sabahlara işıq salıb, nur saçdım.
Millət üçün gələcəyə yol açdım,
Vətənçün şəhid oldum, ay ana.

Şəhidlik mətnlik, dönməzlik yolu,
Şəhidlik zirvədir, ölməzlik yolu.
Şəhidlik əbədi azadlıq yolu,
Şəhidlər ölməz heç, ölməz, ay ana.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu