SON DƏQİQƏ
- Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...
- Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM
- Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
- Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq
- Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!
- Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR
- Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR
- Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib
- Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib
- Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”
- Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO
- Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR
"YARAT"-da qeyri-adi tamaşa-aksiya: Tamaşaçılar da oynayacaq
Tarix: 11-07-2018, 10:47 | Xəbər oxunub: 1 949 dəfə
İyulun 13-də "YARAT” Müasir İncəsənət Mərkəzində "YUĞ" teatrının yaradıcı heyəti tərəfindən "Şağ” eksperimental tamaşası nümayiş ediləcək.
Tamaşa yazıçı Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır.
Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir.
Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub. Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir.
Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Bundan başqa, tamaşa tam formatda interaktivliyə malikdir. Yəni, hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. Ona görə də seyrçilərdən tamaşanın gedişatında dəyişiklik etməyə hazır olmaqları xahiş edilir.(AzərTAC)
Diqqətinizi çəkə biləcək digər xəbərlər