Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib


Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib


Tibb üzrə fəlsəfə doktoru, fitoterapevt, “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanova və biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri Səyyarə İbadullayevanın “Bitkilərin sirli dünyası” adlı kitabının təqdimatı keçirilib.

AFN xəbər verir ki, tədbiri giriş sözü ilə açan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova kitab haqda danışarkən burada 123 növ dərman bitkisinin xüsisyyəti haqda məlumatın toplandığını deyib: “Hansı ki, həmin bitkiləri gündəlik həyatımızda istifadə edirik, amma bəzən düzgün olmayan qaydada yararlanırıq onlardan. Bu baxımdan həm sadə vətəndaşlar, həm də müxtəlif qurumlar bu kitabın dəyərini nəzərə almalıdır”.

Kitabın həmmüəllifi Məlahət Qəhrəmanova təbiətimizin zənginliyindən, xüsusilə Azərbaycandakı bitki örtüyünün müxtəlifliyindən söz açıb. O, kitabda haqqında məlumat verilən 123 növ bitkinin hər birinin spesifikasının oxunmasının vacibliyini vurğulayaraq faydalarından danışıb: “Azərbaycanın fitoterapiyası dünya ölkələri arasında tanınmaqdadır. Sevinirəm ki, bu işdə bizim də əməyimiz var. Biz qədimlərdən gələn bir çox sənət növlətimizi, milli dəyərlərimizi dünyaya tanıtmışıq. Amma təəssüf ki, xalq təbabətimiz hələ o səviyyədə tanınmayıb”.
M.Qəhrəmanovanın sözlərinə görə, Azərbaycanda sıx bitən elə bitkilər var ki, bəzi Avropa ölkələrində onları plantasiyalarda becərirlər: “Məsələn, pərpətöyün bitkisi Fransada əllə becərilir”. İllərlə istifadə etdiyimiz dərmanlar var ki, tərkibi ölkəmizdə yetişən bitkilərdən ibarətdir deyən mütəxəssis təəssüflə vurğulayıb ki, təbii tərkibli dərmanların istehsalı azalıb.

Sonra çıxış üçün söz biologiya elmləri doktoru, professor, kitabın rəyçisi Fəxrəddin Əsgərova verilib. O, kitabın perspektivindən söz edərək kitabdakı məlumatların növbəti kitablar üçün mənbə olduğunu bildirib. Əlavə edib ki, bu cür elmi araşdırmalarla hazırlanmış nəşrlər xalq təbabətinə verilmiş ən yüksək töhfədir: “Nərgiz” klinikası ölkəmizdə yeganə klinikadır ki, bitki aləminin öyrənilməsi ilə məşğuldur”.
Kitabın digər müəllifi Səyyarə İbadullayeva bitki tərkibli dərmanların saysız faydalarından, kimyəvi tərkibli dərmanlarla müqayisədə üstünlüklərindən danışıb. Səyyarə xanım danışdıqlarına əyani sübut olaraq təqdimat iştirakçılarına hazırladığı slayd-şounu təqdim edib. O, həmçinin kitabın yazılma ideyasının M.Qəhrəmanovaya məxsus olduğunu bildirib. Qeyd edib ki, kitab iki hissədən ibarət olacaq: “Birinci hissə ot bitkiləti haqdadır, ikinci hissə isə ağac bitkiləri haqda olacaq. Azərbaycanda bitən dərman bitkilərinin əksəriyyəti xalqın tələbatını ödəmək iqtidarındadır. Bizim məqsədimiz insanları həmin bitki növləri ilə tanış etməkdir. Hazırda tükənməkdə olan bitkilərin əllə becərilməsi ideyası üzərində iş gedir və yaxında bu reallaşacaq”.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ortaya qoyulan işin çox böyük əhəmiyyəti olduğunu deyib. Millət vəkili bitkilərin faydalarından söz açıb, uşaqlıq illərində yaşadığı ailədə və mühitdə müxtəlif xəstəliklərdə bitkilərin gücündən istifadə edildiyini deyib: “Təbiətdən uzaq düşdüyümüz bir dönəmdə belə kitablara, məlumatlara ehtiyac var. Biz təbiətdən nə qədər uzaq düşsək, o qədər dincliyimiz itəcək. Təbiətlə yaxınlaşdıqca hüzur tapacağıq, sağlamlıq tapacağıq”. Q.Paşayeva müəlliflərə kitabın ən azı ingilis dilinə tərcümə edilərək yayılmasını və bununla da Azərbaycandakı dərman bitkiləri haqda dolğun məlumatların dünyaya çatdırılmasını təklif edib.

Məşhur modelyer, “Nərgiz” klinikası tərəfindən hazırlanan təbii dərman vasitələrinin istifadəçisi Fəxriyyə Xələfova da müəlliflərin yaradıcılığı, kitabın faydaları haqqında fikirlərini bölüşüb. O da kitabı mühüm iş adlandırıb və davamının dərc edilməli olduğunu vurğulayıb. Fəxriyyə xanım Məlahət xanımın ixtirası olan əsəb əleyhinə “Relax tea” çaylarının, mədə ağrılarına qarşı və bitki tərkibli digər çayların daimi istifadəçisi olduğunu və bəyəndiyini vurğulayıb.

Sonra əczaçı-alim Aidə Bəndəliyeva kitabın mahiyyəti, daşıdığı mövzuları, faydalı olacağını diqqətə çatdıraraq kitabın həm də həyəcan təbili çaldığını qeyd edib. O bildirib ki, özündə bitkiləri ehtiva edən kitabdakı məlumatlar elə sistemləşdirilib ki, gündəlik məişətimizdə hər birindən rahat istifadə edə biləcəyik.

Xəzər Universitetinin professoru İradə Xəlilova kitabın əhatə etdiyi 123 növ bitki haqqında təfərrütalı məlumatın faydalarından, müəlliflərin birgə gördüyü işin böyüklüyündən, gələcək nəsillər üçün əsas tibbi baza ola biləcəyindən söz edib.
Sonra söz Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımovaya verilib. O, müəllifləri təbrik edərək gələcək işlərində uğurlar arzulayıb. Bahar xanım eyni zamanda, Məlahət xanımı Nərimanov Rayon Respublika Qadınlar Cəmiyyətinin sədri seçilməsi münasibətilə də təbrik edib.
Təqdimatda bir sıra məşhur simalar da iştirak edib. Onlar sırasında aktrisa, Azərbaycanın Xalq artisti Məleykə Əsədova, müğənni, bəstəkar, Azərbaycanın Əməkdar artisti Elza Seyidcahan, KİV nümayəndələri və s. yer alıb.

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib

Azərbaycanda bitən dərman bitkiləri haqda kitab dərc edilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu