Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Xəbərin çap versiyası
Tarix: 12-07-2018, 11:17    |    Xəbər oxunub: 521 dəfə
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq


Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində Bakı şəhərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumuna ev sahibliyi edəcək. Bu tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaqlar. Beləliklə, Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq.



Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, "Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Stefani Bunn San Andyus (St Andrews) Universitetində Orta Asiyanın keçə sənətini və Şotlandiyanın toxuculuq sənətini araşdıraraq, sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O, Qırğızıstanın keçəçilik sənətinə həsr edilmiş əsərləri toplayaraq Britaniya Muzeyində ilk sərgisini təşkil edib. Stefani Bunn həmçinin, “Nomadic Felt” jurnalının müəllifi və “Anthropology and Beauty” nəşrinin redaktorudur. Hal-hazırda o, “Woven Communities” layihəsinin rəhbəridir.

Qeyd edək ki, beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.

Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur