10 yaşlı azərbaycanlı vokalist “O Ses Çocuklar”-ın finalında möhtəşəm perfomans göstərdi- VİDEO
Ötən gün Türkiyənin nüfuzlu TV8 kanalında yayımlanan “O Ses Çocuklar” musiqi yarışmasının finalı baş tutub.
Finala qədər yüksələn 10 yaşlı azərbaycanlı vokalist Atilla Məmmədov özünün ifa etdiyi “Granada” mahnısı ilə bütün münsifləri heyrətə gətirdi. Burak Kutun komandasında çıxış edən Atilla Məmmədovun istedadına və ifa etdiyi mahnılara münsiflər heyəti və zaldakı tamaşaçılar ayaq üstə alqışlamaqla reaksiya verirdilər.
10 yaşlı Azərbaycanlı vokalistin perfomanslarını sizlərə də təqdim edirik: