Hərbi Hava Qüvvələri hərəkətə keçdi- VİDEO


Hərbi Hava Qüvvələri hərəkətə keçdi-


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.



Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.
Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub.

Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu