Azərbaycan Xalça Muzeyi ikinci dəfə “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb

Xəbərin çap versiyası
Tarix: 28-08-2018, 15:14    |    Xəbər oxunub: 558 dəfə
Azərbaycan Xalça Muzeyi ikinci dəfə “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb


Azərbaycan Xalça Muzeyi dünyada ən məşhur və nüfuzlu turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2018” mükafatına layiq görülüb.



Xalça muzeyindən AFN-ə verilən məlumatda bildirilir ki, bu mükafata il ərzində “TripAdvisor”-da səyyahlar tərəfindən daha çox müsbət rəylərə müvəffəq olmuş incəsənət və mədəniyyət ocaqları, o cümlədən turizm obyektləri layiq görülür. Mükafat saytda milyonlarla insanın müsbət rəyləri əsasında seçilmiş obyektlərə verilir və bununla da, ictimai rəyi ifadə etmiş olur. Heç də təsadüfi deyil ki, 2010-cu ildən təsis edilən bu mükafatla məhz ən yüksək səviyyədə xidmət göstərən mədəniyyət ocaqları, həmçinin otel və restoranlar da təltif olunur.

Azərbaycan Xalça Muzeyi 2017-ci ildə də ilin ən yaxşı muzeyi kimi “TripAdvisor” saytının “Mükəmməllik serifikatı”nı alıb. Həmçinin, 2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib və respublikamızda muzeylər içərisində rekord göstəriciyə sahib olub. Bu ilin səkkiz ayı ərzində isə, muzeyin ziyarətçilərinin sayı 63 mini keçib.

Son iki il ərzində muzey həmçinin, bir sıra beynəlxalq mükafatlara – 2017-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi - 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikata layiq görülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur