Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

Xəbərin çap versiyası
Tarix: 29-08-2018, 15:47    |    Xəbər oxunub: 558 dəfə
Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək


25-27 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək və Azərbaycan Xalça Muzeyinin ev sahibliyi edəcəyi “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumuna Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaqlar.



Muzeydən AFN-ə verilən məlumata görə, simpoziumun dünyaca məşhur qonaqlarından biri Mərkəzi Asiyanın qadın ayin və mərasimləri ilə bağlı tekstil ənənələrini araşdıran tanınmış amerikalı rəssam və müstəqil tədqiqatçı Kristin Martens (Nyu-York) olacaq. Kristin Martens “Sincanda uyğur keçəsi nümunələri: naxışlar, texnika və rituallar” mövzusunda məruzə ilə simpoziumda çıxış edəcək. Sənət nəzəriyyəçisi kimi Kristin Martens Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Monqolustanda çoxsaylı təcrübə proqramlarının təşkilatçısıdır. O, bu layihələri Fulbright Scholar (Fulbrayt təqaüd proqramı), fəaliyyət sahəsinə gender təhsili proqramlarının da daxil olduğu Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) xətti ilə və Asiya Mədəniyyət Şurasının qrant alıcısı kimi təşkil etmişdir.

Qeyd edək ki, beynəlxalq simpoziumun təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur