"İlham Əsgərov sənət uğrunda şəhid oldu"- xalq artisti

Xəbərin çap versiyası
Tarix: 6-09-2018, 15:55    |    Xəbər oxunub: 555 dəfə
"İlham Əsgərov sənət uğrunda şəhid oldu"-


Bu gün xalq artisti İlham Əsgərovun vəfatından 3 il ötür. 1982-ci ildən vəfatına qədər Akademik Milli Dram Teatrda çalışan aktyor teatrın ən populyar tamaşalarında iştirak edib. Dəfələrlə Prezident Mükafatına layiq görülüb.

O, tək teatrda və filmlərdə oynadığı rolları ilə deyil, bədii qiraətçi kimi də tamaşaçıların sevgisini qazanıb. Mərhum aktyorun sənət yoldaş xalq artisti Nurəddin Mehdixanlı İ.Əsgərovun insani xüsusiyyətlərindən danışıb.

“Insanlar var ki, öləndən sonra heç kimin yadinda qalmırlar. Sadəcə özləri üçün yaşayıb, unudulurlar. Amma insanlar da var ki, həyatda çox yaşamırlar, ancaq dərin iz buraxılırlar, heç vaxt unudulmurlar. İlham ikincilərdən idi. O, fikirləri, əməlləri, əxlaqı ilə yaddaşda qalıb.
Bütün mənalarda çox əxlaqlı bir insan idi. Bəlkə də çox az saylı adamlardan idi ki, yalan danışmırdı və bacarmırdı. Pisə pis, yaxşıya yaxşı deyirdi. Yaxşı iş üçün sevinirdi”.

N. Mehdixanlı daha sonra həmkarının tələbəlik illərini xatırlayıb. “İlhamla institutda eyni vaxtda oxumuşuq. Amma ayrı-ayrı kurslarda idik. Təhsilini bitirdikdən sonra “Azdrama”ya gəldi. Biz tərəfmüqabili olaraq bir çox tamaşalarda oynadıq. İstedadlı aktyor səmimi, rahat, xoş insan idi. İlham Azərbaycan ədəbiyyatının gözəl təbliğatçısı olub. Bu gün bizim hansısa bir televiziya kanalını açsanız, orada mütləq İlhamla bağlı nəsə görəcəksiniz, eşidəcəksiniz - tamaşasından bir parça görüntünü, səsləndirdiyi filmi, bədii qiraətini vəs. Dostlarına, sənətinə, millətinə bağlı adam kimi tanıyırdıq onu.

Ancaq təəssüf ki, yaxşıları sevməyənlər də olur... Və həmişə yaxşı insanlar az yaşayırlar. Tam məsuliyyətlə deyirəm və dediyimin nə olduğunu da bilirəm, İlham Əsgərov Akademik Milli Dram Teatrının yaşaması, gələcəyi üçün və şərəfinin qorunması yolunda şəhid oldu. O dünyasın dəyişmədi, sənət uğrunda şəhid getdi. Biz onu heç vaxt unutmayacağıq. Masallının Xoşçobanlı kəndindən Bakıya arzularının arxasınca gəlmişdi. Böyük hörmətlə, sevgi ilə də kəndinə aparılıb dəfn olundu. Ən böyük arzusu övladının universiteti bitirməsini və toyunu görmək idi. Amma nakam getdi”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur