ICOM Azərbaycan Milli Komitəsi Braziliya Milli Muzeyinin direktoruna məktub ünvanlayıb

Xəbərin çap versiyası
Tarix: 11-09-2018, 13:17    |    Xəbər oxunub: 540 dəfə
ICOM Azərbaycan Milli Komitəsi Braziliya Milli Muzeyinin direktoruna məktub ünvanlayıb


Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova ICOM Azərbaycan Milli Komitəsi adından Braziliya Milli Muzeyinin direktoru Aleksandr Kellnerə rəhbəri olduğu muzeydə baş verən bədbəxt hadisə ilə bağlı məktub ünvanlayıb.



Məktubda deyilir ki, Braziliyanın Milli Muzeyində baş verən ciddi yanğın haqqında məlumatı dərin kədərlə qarşıladıq. “ICOM Azərbaycan Milli Komitəsi Azərbaycan Respublikasının bütün muzey ictimaiyyəti adından Braziliya Milli Muzeyinin heyətinə, ölkənizin muzey ictimaiyyətinə böyük milli itkilər qarşısında öz dərin kədər və həmrəyliyini ifadə edir”- deyə məktubda bildirilir.

Xatırladaq ki. bu yaxınlarda Braziliyanın Rio de Janeyro şəhərində yerləşən, dünya əhəmiyyətli kolleksiyalarla zəngin olan və 20 milyondan artıq nadir eksponatın saxlandığı ən məşhur muzeylərdən biri yanaraq kül olub. Bir müddət əvvəl Portuqaliya kral ailəsinin iqamətgahı olmuş binada yerləşən muzeyin bu il 200 illik yubileyi qeyd olunmuşdu. 1818-ci ildə Portuqaliya kralı 6-cu Juanın əmri ilə yaradılmış muzeydə Şimali və Cənubi Amerikada ən böyük heyvan, mineral, daşlaşmış qalıqlar, mumiyalar və hindu məişət əşyaları kolleksiyaları vardı. Eksponatlar arasında dinozavr sümükləri və 12 min il əvvəl yaşamış qadının skeleti də vardı. Bu skelet Amerikada aşkarlanmış ən qədim insan sümükləri idi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur