Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək


Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək


Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə Bakıda konsert verəcək.

Tədbir 13 oktyabr, Bakı Konqres Mərkəzində baş tutacaq. Çizgim Event-Noya Yapımın Bakıdakı səlahiyyətçisi Türkay Kıztaşın məlumatına görə, şənbə günü təşkil olunacaq konsertə indidən böyük maraq var:

"3400 nəfərlik tutuma malik Bakı Konqres Mərkəzində konsert keçirəcək Yıldız Tilbe ilk dəfə Azərbaycan mahnılarını səsləndirəcəyi üçün olduqca həyəcanlıdır".

Verilən məlumatda qeyd edilir ki, konsertə eyni zamanda sponsor firmaların rəhbərləri və bir çox iş, incəsənət, idman, film, media və qabaqcıl türk firmalarının rəhbərləri, Türk Baş konsulluğu, Türkiyə Mədəniyyət və Təqdimat Müşavirliyindən də qonaqlar olaraq dəvət ediliblər.

Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az -dan əldə edə bilərsiniz. Əlaqə üçün: 051 330 5262



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu