Kukla Teatrı beynəlxalq festivala gedir

Xəbərin çap versiyası
Tarix: 3-10-2018, 13:12    |    Xəbər oxunub: 540 dəfə
Kukla Teatrı beynəlxalq festivala gedir


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni teatr əlaqələrinin qurulması, yaradıcılıq mübadiləsinin təşkili və qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə daha bir beynəlxalq festivala hazırlaşır.

Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə teatr təmsilçilərimiz 5-14 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək S. V. Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.
Tədbirə teatrın direktoru, Əməkdar mədəniyyəət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə qatılacaq təmsilçilərimiz orada repertuardakı seçkin nümunələrdən biri, dəfələrlə beynəlxalq festivallara qatılaraq mükafatlara layiq görülən “Ağ və qara” tamaşaçı ilə çıxış edəcəklər.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Böyüklər üçün nəzərdə tutulan birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.
Qeyd edək ki, tədbir MDB ölkələrinin Mədəniyyət İli çərçivəsində təşkil olunur. V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrınında keçirilən bu ənənəvi festival çox məşhurdur və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir. Bu dəfə 7 ölkədən 17-dən artıq teatr kollektivinin iştirak edəcəyi tədbir sırf tamaşaların nümayiş və mükafatlandırılması ilə yekunlaşmayacaq. Belə ki, festival çərçivəsində Rusiya və digər ölkəkərin məşhur teatr mütəxəssisləri, kuklaçı və teatrşünaslarının iştirakı ilə dəyirmi masalar və ustad dərsləri də təşkil olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub-

Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub- FOTOLAR

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı-

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı- Sensasiyalı səbəb

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur