"Divani lüğət-it-türk" üçün öldürülən onlarla elm adamı


"Divani lüğət-it-türk" üçün öldürülən onlarla elm adamı


Böyük elm adamı, dahi Kaşğarlı Mahmudun "Divani lüğət-it-türk" türk dilinin ilk böyük lüğəti və ilk türk ensiklopediyası olmaqla yanaşı çox sayda elm adamının can verməsi ilə də tarixdə yer almışdır. Dünyada bir kitab düşünün ki, onun çapı üçün onlarla elm adamı öldürülsün. Bəli, bu kitab "Divani lüğət-it-türk" kitabıdır. Bu il 1000 yaşı qeyd edilən və 2008-ci ili də onun ili elan edilən Kaşğarlı Mahmudun Türkcənin ilk böyük lüğəti və ilk türk ensiklopediyası olan "Divani lüğət-it-türk" kitabı 800 il ərzində ortada yox idi, eyni ilə digər türk kitabı olan Kitab-ül Cevahir kimi...



"Divani lüğət-it-türk" geridə qoyduğumuz 20-ci əsrin əvvəllərində Əli Əmiri tərəfindən tapılmışdı. Avrasiya Yazarlar Birliyinin Sədri Yaqub Dəliöməroğlu kitabın tapılmasını belə anlatır:

"Divani lüğət-it-türk" üçün öldürülən onlarla elm adamı


“Kitabı kitabçılarda Əli Əmiri əfəndi tapdı. Əli Əmiri əfəndi kitabı satın aldığında duyduğu sevinci belə nəql edir: “Bu kitabı aldım, evə gəldim. Yeməyi, içməyi unutdum... Bu kitabı kitabçı Burxan 33 lirəyə satdı. Fəqət mən bunu neçə misli ağırlığındakı almaslara, zümrüdlərə dəyişmərəm.” Böyük bir coşğu içində olan Əli Əmiri əfəndi kitabını heç kimə göstərmək istəmədi. Həm kitabı qısqanır, həm də itməəcəyindən narahat olurdu. Dövrün məşhur simalarından Ziya Göyalp və Fuad Körpülü kimi şəxslər, Əli Əmiri əfəndinin "Divani lüğət-it-türk" kitabını tapmasını eşitmişlər və görmək istəsələr də Əli Əmiri əfəndi onları kitaba yaxınlşadırmamışdı. Kitabı sadəcə çox güvəndiyi Kilisli Rıfat əfəndiyə göstərmişdi. Əli Əmiri əfəndi satın aldığında kitab xarab və əzik vəziyyətdə idi. Səhifələri bir-birinə qarışmışdı və nömrələri də yox idi. Bu səbəbdən kitabın əksik, ya da tam olması bəlli deyildi. Əli Əmiri əfəndi bunu təsbit etmək üçün Kilisli Rıfat əfəndiyə göstərdi. Kilisli Rıfat əfəndi iki ay müddətində kitabı üç dəfə oxudu, qarışmış səhifələri yerinə qoydu və nömrələdi. Daha sonra da kitab Mətbəə-i Əmriədə üç il davam edən bir macəranın ardından çap edildi.” Yaqub Dəliöməroğlu kitabı öz dillərinə tərcümə etmək istəyən bir çox türk elm adamının da bu yolda Ruslar və Çinlilər tərəfindən öldürürldüyünü demişdir.

"Divani lüğət-it-türk" üçün öldürülən onlarla elm adamı


İndi gəlin Ruslar və Çinlilər tərəfindən qətlə yetirilən türk elm adamlarına nəzər salaq...

"Divani lüğət-it-türk" Türk dünyasında ilk tərcümə edilməsi təşəbbüsü Azərbaycanda oldu. Sovet Elmlər Akademiyasının Azərbaycan filialı bu işi Xalid Səid Xocayevə həvalə etdi. Xocayev 1935-37-ci illər arasında bu işi tamamlayır. Fəqət Xocayev və köməkçilərinin uğurlarının mükafatı ölüm olur. 1937-ci ildə bu dəfə məşhur Uyğur şairi Qutluq Şevki və şair Məhəmməd Əli "Divani lüğət-it-türk"ü Uyğur türkcəsinə tərcümə etdikləri üçün öldürüldülər və bütün işləri yandırıldı. Qutluq Şevki Həcc ziyarəti zamanı İstanbuldan Kilisli Rıfatın çap etdiyi kitabı götürür və ölkəsinə aparır. Elm dünyasına xidmət etmək üçün etdikləri təşəbbüs onları ölümə aparır. Uyğurlar 1944-cü ildə Şəqri Türküstan dövlətini qurduqdan sonra ilk iş olaraq "Divani lüğət-it-türk"ün tərcüməsi işinə başladılar. Bu işi məşhur alim İsmayıl Damollama həvalə etdilər. Birinci cildin tərcüməsi tamamlanmışdı ki, Ruslarla Çinlilər razılaşaraq Şərqi Türküstan Dövlətini ortadan qaldırdılar və İsmayıl Damollam öldürüldü. Şərqi Türküstanın Qızıl Çin tərəfindən işal edilməsindən sonra Uyğur bölgəsində Sinyanq Muxtar İdarəçiyili quruldu. Kaşğar bölgəsinin valisi Seyfulla Seyfullin maddi qaynaq da ayıraraq tanınmış şair və tarixçi Əhməd Ziyaya "Divani lüğət-it-türk"ün tərcüməsini tapşırır. 1952-54-cü illər arasında Divanın tərcüməsi tamamlanır. Ancaq Pekin “müxalif inqilabçılıq və milliyətçilik” ittihamları ilə Əhməd Ziyanı 20 il müddətinə ağır həbsə məhkum edir və Ziya həbsxanada işgəncə altında can verir. Divanın bütün tərcümələri də yandırılır. Bundan qorxmayan Uyğurların başqa bir təşəbbüsü də 1960-63-cü illərdə Çin Elmlər Akademiyası Sinyanq Bölməsinin müdir müavini uyğur Sayrami tərəfindən həyata keçirildi. Fəqət həm Sayrami yardımçıları ilə birlikdə öldürüldü, həm də tərcümənin mətinləri yandırıldı. Uyğurların Divana olan marağı bütün bu hadisələrə və qətllərə baxmayaraq azalmadı, əksinə artdı. Xalqın və ziyalıların güclü tələbi ilə "Divani lüğət-it-türk" İbrahim Mutinin rəhbərliyində Abdusselam Abbas, Abdurrahim Ötkür, Abdurrahim Habibula, Abdulreşid Kərim Səid, Abdulhamid Yusufi, Həlim Saleh, Hacı Nur Hacı, Osman Məhəmməd Niyaz, Emin Tursun, Sabit Ruzi Məhəmmıd Emin və Mirsultan Osmanovdan ibarət 12 nəfərlik komissiya tərəfindən tərcümə edildi. Bu tərcümə ilə Divan 1981-84-cü illər ərzində Urumçidə 3 cild və 10 min nüsxə ilə çap edildi. "Divani lüğət-it-türk" Qazaxıstan və Azərbaycanda isə SSRİ yıxıldıqdan sonra yayımlandı.

Doktor Fəxri Solak
Marmara Universiteti müəllimi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu