“Ağ və qara” festivaldan uğurla qayıdıb


“Ağ və qara” festivaldan uğurla qayıdıb


Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən S. V. Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Teatrımız Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən yaxşı kukla teatrlarının təmsil olunduğu bu teatr bayramında dəfələrlə beynəlxalq festivallara qatılaraq mükafatlara layiq görülən “Ağ və qara” tamaşaçı ilə çıxış edirdi.
Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.
MDB ölkələrindən 17-dən artıq teatr kollektivinin iştirak etdiyi festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da tamaşamız festivalın ən yaxşı səhnə işlərindən biri kimi yüksək qiymətləndirilib. Festivalda iştiraka görə diplomla təltif olunan tamaşa barədə Rusiyanın aparıcı teatr və sənət proqramlarında məlumatlar verilib.
Qeyd edək ki, MDB ölkələrinin Mədəniyyət İli çərçivəsində təşkil olunan bu festival V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı tərəfindən iki ildən bir keçirilir və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir.

“Ağ və qara” festivaldan uğurla qayıdıb

“Ağ və qara” festivaldan uğurla qayıdıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu