Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti: “Xalça Muzeyi bütün standartlara cavab verir”

Xəbərin çap versiyası
Tarix: 19-10-2018, 14:46    |    Xəbər oxunub: 570 dəfə
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:


“Ölkənizin insanları sahib olduqları ilə qürur duyurlar”



Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransına qatılan bir sıra xarici ölkələrin nümayəndələri ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüblər.

Beynəlxalq Muzeylər Şurasının Tarixi ev muzeyləri beynəlxalq komitəsinin prezidenti Elza Rodrigez bildirib ki, Azərbaycana səfər etmədən öncə ölkəmiz haqqında internet vasitəsilə müəyyən bilgilər əldə edib. Bakıda olduqdan məmnunluğunu deyən qonaq Azərbaycan Xalça Muzeyinə heyranlığını gizlətməyib: “Xalça Muzeyi bütün standartlara cavab verir. Ümumiyyətlə, gördüyüm qədər bütün muzeylər kifayət qədər yaxşıdır”, - deyə o, bildirib.

Bakının eyni zamanda, bir sıra digər mədəni və tarixi məkanlarına da səfər etdiyini bildirən Elza Rodrigez şəhərimizi bəyəndiyini deyib. “İçəri Şəhəri və onun müasir memarlıqla qarşılığını çox sevdim. Digər ölkələrdə belə bir fərqliliyi tapmaq çox çətindir. Bu, ruha çox yaxın, amma deyim ki, bir o qədər də fərqlidir”, - deyə o, qeyd edib.

Azərbaycan ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin idarə heyətinin üzvü Kai Lobjakas deyib ki, Azərbaycan haqqında eşitmişdim və uşaqlıqdan böyüyəndə buraya gəlmək arzusunda idim. Gözləyirdim ki, müəyyən bir yaşa çatdıqda valideynlərim məni buraya gətuirəcəklər, amma bu baş vermədi, buna görə bu mənim Bakıya ilk səfərimdir. “Ancaq ölkənizi bir az xalça və qədim xalçaçılıq ənənələri, çayı, ənənələrinizin digər tərəfi kimi də tanıyırdım. Həm də, keçmiş

prezidentinizin həyat yoldaşı akademik Zərifə Əliyeva vaxtilə Estoniyada təhsil alıb, o, həkim idi və Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti var. Estoniyada səhnələşdirilən bir pyesi və orada rol almış Kəbirlinski soyadlı bir aktyoru da xatırlayıram, amma pyesin adı yadımda deyil. Bunlar Azərbaycanla bağlı ölkənizə gələnə qədər olan bildiklərim və xatirələrimdir”, - deyə o, əlavə edib.

Bakıda söhbətləşdiyi insanların öz ölkələri haqqında danışdıqlarından riqqətə gəldiyini deyən qonaq deyib: “Ölkənizin insanları çox gözəl ünsiyyət qururlar, sahib olduqları ilə qürur duyurlar. Bu hissi mən danışdığım hər bir insanda hiss etdim, mənə elə gəlir ki, güclü identikliyiniz var”.

Kai Lobjakas Bakıda bir neçə ev-muzeylərində, o cümlədən Qara Qarayevin ev muzeyində və Xalça Muzeyində xoş təəssüratlar əldə etdiyini diqqətə çatdırıb. “Qara Qarayevin ev muzeyi məndə çox gözəl təəssürat yaratdı. Müasir ev muzeyinin necə təqdim olunmasının canlı bir nümunəsinə çevrildi. Eyni fikirlər Xalça Muzeyinə də aiddir, hətta daha yüksək dərəcədə. Cünki muzey daha böyükdür, fikrimcə, hər iki muzey gözəl nümünələrdir. Onlar irəliləyişin istiqamətini göstərir, buna görə çox şanslısınız!”, - qonaq vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-12-də keçirilən beynəlxalq konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edib.

Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:

Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur