Tokat 2-ci Kitab Fuarında Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub

Türkiyənin Tokat vilayətində 2-ci Kitab Fuarı çərçivəsində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi keçirilib.

AFN xəbər verir ki, imza mərasimində çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər. Millət vəkili Q.Paşayeva Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğluna bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirib və bunun böyük önəmi barədə fikirlərini bölüşüb. Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmnun olduğunu deyib. Millət vəkili Q. Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə də danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”,- deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb. “Müəllifi olduğum kitablara, özəlliklə Azərbaycana olan böyük diqqət bizi çox duyğulandırdı”, – deyən millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran suaları da cavablandıırıb və bələdiyyə başqanı, Tokat vilayətinin rəsmiləri, aydınları ilə birlikdə Kitab Fuarını da gəzib və yazarlarla, sakinlərlə geniş söhbət edib və Azərbaycanla bağlı onları maraqlandıran sualları və fikirləri də cavablandırıb. Bir çox yazarlar millət vəkili Q.Paşayevaya kitablarını hədiyyə edərək qardaş Azərbaycana gəlməyi və görməyi çox istəyirik deyiblər və Q.Paşayeva onları ölkəmizə dəvət edib və yaradıcılıqlarında Azərbaycana da yer ayıracaqlarına ümidvar olduğunu deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda Tokatda Kitab evində gənclərlə görüşüb, onlara Azərbaycandan danışıb və suallarını geniş cavablandırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

menyu
menyu