Sağlamlıq imkanları məhdud gənclər V Beynəlxalq Bakı Teatr Konfransının açılışında teatr etüdü ilə çıxış ediblər

Xəbərin çap versiyası
Tarix: 6-11-2018, 18:16    |    Xəbər oxunub: 745 dəfə
Sağlamlıq imkanları məhdud gənclər V Beynəlxalq Bakı Teatr Konfransının açılışında teatr etüdü ilə çıxış ediblər


Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış tamaşa ilə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri teatr etüdü ilə çıxış ediblər.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, “British Council” və YARAT müasir incəsənət mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan etüd konfrans iştirakçıları, o cümlədən xarici qonaqlar - dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri, tanınmış teatr tədqiqatçıları və mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə reabilitasiyasına cəlb olunmaqla, burada müxtəlif peşələrə, o cümlədən ayrı-ayrı tətbiqi sənət növlərində bacarıqlara yiyələnirlər. Onlarin cəmiyyətə fəal inteqrasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlər təşkil olunur, həmin gənclərin incəsənətin müxtəlif növlərində yaradıcılıq potensialları da dəstəklənir.

V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərə iştirak imkanının yaradılması da bu məqsədə xidmət edir.

Cari ildə Peşə Reabilitasiya Mərkəzinə 181 nəfər, istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) 1530 nəfər gənc qəbul olunub. Hazırda Mərkəzdə 100-dən çox gənc peşə təlimi keçir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Elnarə medalla təltif olundu -

Elnarə medalla təltif olundu - FOTOLAR

Rəqsanəyə cinayət işi açıla bilər -

Rəqsanəyə cinayət işi açıla bilər - AÇIQLAMA

Məktəbli formaları dəyişir -

Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

NRYTN inhisarçılıq edib:

NRYTN inhisarçılıq edib: Nazirliklə bağlı məcburi qərar qəbul edildi

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?-

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?- "Azəriqaz"dan açıqlama

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur